PDF Oxu

Siyasət

  • 2 247

Etirazlarda iştirak edənlər həddindən artıq aqressiv idilər - PARTİYA SƏDRİ AÇIQLADI

Etirazlarda iştirak edənlər həddindən artıq aqressiv idilər - PARTİYA SƏDRİ AÇIQLADI

"Qazaxıstanda baş verən hadisələr bütövlükdə Qazaxıstanı əhatə etmədi. Qazaxıstanın paytaxtında demək olar ki, etirazlar olmadı". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, etirazlar kütləvi deyildi, amma etirazlarda iştirak edənlər həddindən artıq aqressiv idilər: "Əhaliyə silah paylamaq, polisə hücum etmək, hərbi hissələri mühasirəyə almaq, strateji obyektləri nəzarət götürməkləri bunun bariz nümunələridir. Belarusiyada bildiyimiz kimi yüz minlərlə insanlar küçəyə çıxmışdı, amma onlarda bu cür aqressiya yox idi. Hesab edirəm ki, Qazaxıstanda baş verən hadisələr əvvəlcədən planlaşdırılmışdı. Qazaxıstanın təhlükəsizlik xidməti bunu vaxtında görmədi. Vaxtında bu kiçik qığılcım şəklində olanda onun qarşısını almaq asanlıqla mümkün idi.

Eyni hadisələri biz 1993-cü ildə yaşadıq. Gəncə hadisələrini çox asanlıqla yatırmaq mümkün idi. Lakin yanlış addımların atılması ilə bu məsələ çox böyümüşdü. Ona görə də hesab edirəm ki, burada mütləq xarici əllər var. Bir məsələ var ki, Qazaxıstan kimi dövlətlərdə bu üsulla hakimiyyəti ələ almaq qeyri-mümkündür. Nəzərə alsaq ki, Qazaxıstan KTMT-nin üzvüdür. Hesab edirəm ki, yaxın zamanda həmin etirazçıları yatırdacaqlar. Qazaxıstanın özünün də bu etirazı yatırda biləcək gücü vardı. Ancaq görünür ki, çox ehtiyat etdilər və qərara aldılar ki, Rusiyanım köməyindən də istifadə etsinlər".

Arzu Qurbanzadə

Digər xəbərlər