PDF Oxu

Siyasət

  • 2 536

Ticarət əlaqələrini artırmaq üçün böyük bir şərait yaratmışıq - DEPUTAT MÖVQE BİLDİRDİ

Ticarət əlaqələrini artırmaq üçün böyük bir şərait yaratmışıq - DEPUTAT MÖVQE BİLDİRDİ

"Son 20 ildir ki, Azərbaycan Cənubi Qafqazda bir dövlət kimi aparıcı rol oynayır. Bu bir neçə ildə Azərbaycanın bu rolu daha da böyüyür, şaxələnir. Burada bir neçə məqam var. Siyasi mənada müharibədən sonra Azərbaycanın mövqeyi daha da gücləndi. Çünki Avropa strukturlarının həll edə bilmədiyi məsələni Azərbaycan özü dəmir yumruqla həll etdi". Bunu SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Deputat qeyd edib ki, siyasi mənada yeni konfiqurasiya yaranıb. Bu konfiqurasiyanın nəticəsində bugün bir sıra ölkələrin Azərbaycana marağı artıb. Başda qardaş ölkə Türkiyə olmaqla, İranın, Gürcüstanın, Ukraynanın, Belarusiyanın, Çinin və bir sıra başqa ölkələrin Azərbaycana böyük maraqları var. Yəni bizə uzaq və yaxın olan Orta Asiya ölkələrinin maraqları artdı. Kifayət qədər biz bu gün siyasi mənada dəstək alırıq. Bu dəstəyin nəticəsində bugün qeyd etmək olar ki, iki qitə arasında baxmayaraq ki, kiçik bir ölkəyik, ancaq indi nüfuzumuz daha çox hiss olunur. İkinci mən deyərdim ki, beynəlxalq iqtisadiyyat baxımdan burada maraqlar artıb. Artıq 10-dan çox beynəlxalq iqtisadi layihələr həyata keçirmişik. Bu layihələrin bəhrəsini həm qonşu ölkələr, həm də Avropa ölkələri görür. Təbii ki, bu Azərbaycanın milli maraqlarına uyğun olaraq baş verir.

Rüfət Quliyev bu barədə fikirlərini belə izah edib: "Dəmiryolları, iki beynəlxalq hava limanı işini aparırıq. Bugün faktiki olaraq biz Xəzər dənizinin aktiv logistika istiqamətində istifadəsinə başlamışıq və bunu inkişaf etdiririk. Dəmiryolları ilə bağlı inkişaf var. Biz artıq 10 milyon tonlarla yük nəql edirik. Ondan savayı qazla əlaqədar bizim ötən il ən böyük uğurumuz “TAP” və “TANAP” layihələrinin tam həyata keçirilməsi oldu. Ötən ilin sonuna qədər biz 7 milyard kub metrdən çox qaz ixrac etmişik. Bu rəqəm bu il 10 milyard kub metri keçməlidir. Bizim gələcək planımız var ki, bu da artıq reallaşır. Bu plan Türkmənistanla bizim aramızdakı qaz məsələləri ilə əlaqədar layihələrlə bağlıdır. Əgər biz Türkmənistan qazının da daşınmasını “TAP” və “TANAP” yolu ilə və bizim digər logistik marşurutlarımızla həyata keçirməyə başlasaq, biz təkcə “TAP” və “TANAP”ın gücünü 16 milyard kub metr qaza qədər qaldıra bilərik. Bu sahədə görülən işlərin hamısı onu göstərir ki, bizim beynəlxalq iqtisadi siyasətimiz düzgün aparılır. Cənab Prezident bu barədə hər zaman danışanda qeyd edirdi ki, Azərbaycan tək neft yox, qaz ixracatı ilə də məşğul olacaq. Nəqliyyat kooridorlarından istifadə də planda idi. Biz iki qitə arasında ticarət əlaqələrini artırmaq üçün böyük bir şərait yaratmışıq. Bu şəraiti hələ bundan sonra artıracağıq.

Ümidimiz bu il Zəngəzur dəhlizinin açılmasınadır. Dəhliz açılandan sonra bizim nəqliyyat gücümüz 50-60 faiz artacaq. Orada Türkiyənin, Rusiyanın, İranın, Ermənistanın artıq böyük maraqları var. Bizim daha rahat Avropaya çıxışımız olacaq. Bunlar hamısı iqtisadiyyata kifayət qədər artıq valyuta qazancı gətirir. Düşünürəm ki, biz bundan faydalı istifadə edəcəyik. Bu mənada mən demək istəyirəm ki, Azərbaycan Avropa və Asiya arasında öz önəmli yerini bundan sonra da tutacaq".

Digər xəbərlər