Türk Dövlǝtlǝri Tǝşkilatı Qazaxıstanla hǝmrǝy olduğunu bǝyan edib
SİA xəbər verir ki, Türk Dövlǝtlǝri Tǝşkilatının bǝyanatında deyilir:“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik’’.Qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna inandıqlarını vurğulayan tǝşkilat üzvlǝri deyib: ‘‘Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazımi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik’’Bǝyanatda hǝmçinin bildirilib ki, hadisələrdə həlak olanların yaxınlarına başsağlığı verilib, yaralılara şəfa diləyirik.
sia.az