PDF Oxu

Siyasət

  • 1 986

Azərbaycan beynəlxalq səviyyədə kifayət qədər uğurlu mövqelər əldə edib - POLİTOLOQ AÇIQLADI

Azərbaycan beynəlxalq səviyyədə kifayət qədər uğurlu mövqelər əldə edib - POLİTOLOQ AÇIQLADI

"Azərbaycanın beynəlxalq aləmdə apardığı siyasət 44 günlük müharibədən sonra ölkəmizin geostrateji əhəmiyyətinin qlobal arenada daha da güclənməsi ilə nəticələndi". Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Tural İsmayılov deyib.O qeyd edib ki, ötən il Qoşulmama Hərəkatına etdiyi uğurlu sədrliyə görə Azərbaycanın bu hərəkata sədrliyi daha bir il uzadıldı. "Qoşulmama Hərəkatına sədrliyimiz dövründə cənab Prezident İlham Əliyev tərəfindən Covid-19 pandemiyasına qarşı mübarizə ilə bağlı Qoşulmama Hərəkatında panellər keçirildi. Eyni zamanda bu panellərlə yanaşı Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksin ədalətsizliyi və peyvənd milliyətçiliyinə qarşı mübarizənin də ön sıralarında yer aldı. Bundan əlavə BMT Baş Assambleyasında da yenə cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi Covid-19 pandemiyasına qarşı qlobal siyasi mübarizə ilə bağlı təklifləri qəbul edildi və BMT-də geniş müzakirə olundu.Azərbaycan türk dövlətləri təşkilatının daha da koordinasiya olunmasına və güclənməsinə mühüm töhfələr verdi. Bundan başqa İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Konfransı nəzdində məhz Azərbaycanın uğurlu səyləri nəticəsində çox vacib konfranslar, toplantılar həyata keçirildi və önəmli qərarlar verildi. Bütövlükdə ölkəmizin beynəlxalq arenada apardığı siyasət Azərbaycanın dövlət maraqlarının ən yüksək səviyyədə dünyaya bəyan edilməsindən ibarət oldu ki, özəlliklə bizim Vətən Müharibəsində qazandığımız qələbədən sonra erməni lobbisinin və xaricdəki erməni havadarlarının ölkəmiz üzərinə etdiyi hücumlarda ölkəmizin beynəlxalq siyasi arenada uğurlu mövqeyi kifayət qədər mövqelərimizi gücləndirdi. Bu gün nəticədə Azərbaycan Avrasiya ilə Avropanın kəsişməsində mühüm bufer zona ölkə rolunu oynayır. Eyni zamanda ölkəmizin geopolitik əhəmiyyəti nəticəsində bu gün Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO rəsmilərinin neytral ərazi kimi dəfələrlə görüşləri Azərbaycanın paytaxtında həyata keçirilir. Bütövlükdə Azərbaycan beynəlxalq səviyyədə kifayət qədər uğurlu mövqelər əldə edib və düşünürəm ki, ölkəmizin apardığı balanslı və uğurlu xarici siyasət kursu bundan sonra daha da inkişaf etdiriləcək".

sia.az

Digər xəbərlər