“Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.Bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, artıq ikinci ildir ki, xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili ruh yüksəkliyi ilə qeyd edirlər. “Mən bilirəm ki, bu işğal dövrü və işğalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünki ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışıq, amma hər zaman öz gücümüzü hiss etmişik”, - deyə dövlətimizin başçısı vurğulayıb. Və dövlət başçımız bir daha xalqa müraciətində əminliklə bildirib ki, bu gün dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.
Şuşa təkcə coğrafi mənada deyil, həm də mənəviyyatımızın, qürurumuzun ucalığıdır
Bu bir həqiqətdir ki, Şuşanın azad olunması tarixi ədalətin zəfəri, haqqın nahaq üzərində qələbəsinin, işığın zülmət üzərində təntənəsidir. Pənahəli xan Cavanşir tərəfindən 1751-ci ildə Qarabağ xanlığının paytaxtı kimi binası qoyulan Şuşa qalası bir neçə dəfə əldən-ələ keçib. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar, 1806-cı ildə çar qoşunlarının başında gələn general Zubov, mayor Lisaneviç Şuşa şəhərini ələ keçirsə də, 1906 və 1918-ci illərdə ermənilər Qalada ixtişaşlar və yanğınlar törətsə də, bu qəhrəman şəhərin əzmini qıra bilməmişdilər. Bütün qəhrəmanlar kimi Şuşa da 1992-ci ildə satqınlığın və xəyanətin qurbanı oldu.Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamında deyildiyi kimi Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır: “Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır”.
Sərəncamda o da vurğulanıp ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır.Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu".Bəli, bu gün Şuşa böyük quruculuq yolundadır. Qalib Liderimiz Prizident İlham Əliyevin Şuşaya səfəri zamanı məhz bu xəyanəti bir daha xatırlatması həm də anti milli ünsürlərə öz yerini göstərmək dərsi idi... Və tarixdə ilk dəfə idi ki, Şuşanın əsil sahibi bu gözəl şəhərə zəfərlə, özünün açdığı yolla "Qələbə yolu" ilə qayıtdı! Azərbaycan Prezidenti İlham Əliyev Moskvadakı 3 tərəfli görüşdən sonra Şuşaya getdi! Bəs Paşinyan hara getdi? Cəhənnəmə, gora getdi! Özgənin torpağında özgənin havasına oynayanların aqibəti həmişə belə olacaqdır! Və bu gün Azərbaycan Prezidentinin 2022-ci ili "Şuşa İli" elan etməsi 28 ildən sonra Şuşanın üç dahi övladının güllələnmiş heykəllərinin öz yerlərinə qaytarılması idi. Bu həm də Azərbaycan xalqının, Azərbaycan mədəniyyətinin Şuşaya qayıtması idi. Eyni zamada bu həm də nəcib niyyətin vandal vəhşiliyinin üzərində qələbəsinin rəmzi idi. Uzun illər və əsrlər bu heykəllər Şuşanın baş meydanını bəzəyəcək, dünyanın hər yerindən gələn insanlara erməni vəhşiliyini bir daha xatırladacaqdır. Qarabağ xanının vəziri böyük Azərbaycan şairi Vaqifin dağıdılmış məqbərəsi önündə cənab Prezidentin söylədiyi, "Biz bu il Şuşada Vaqif poeziya günlərini və "Xarı bülbül" festivalını keçirəcəyik" fikirləri də xoş məramlı böyük əməl olmaqla yanaşı, həm də tarixi bir missiyanın müjdəçisi idi. Bu Şuşada 17 məhəllə, hər məhəllənin də öz məscidi var idi. Erməni vandalları 16 məscidimizin, qəbir yerlərimizin bərpası, bir sözlə, Qalib Liderimizin llik yaralarının bərpasıdır. Bu ulu Öndər Heydər Əliyevə Qalib Liderin – Ata vəsiyyətinə həm hərb meydanında, həm siyasət, həm də informasiya meydanında Oğul Azərbaycan Prezidentinin hesabatıdır."Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!"."2022-ci ilin "Şuşa İli" elan edilməsi 30 illik həsrətə 44 gün ərzidə "Dəmir siyasət" əməliyyyatı ilə Ali Baş Komandan, Prezident İlham Əliyevin "İrəli" çağırışına bir yumruq kimi birləşən xalqına olan qayğısa, qalib Azərbaycan Ordusunun rəşadətlii əsgər və zabitlərinin igidliyinin, öz böyük xalqının zəngin mədəniyyətinə xidmət etmək, Şuşanın yaralarını sarımaq, məlhəm olmaq addımıdır. "Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!". Bəli, biz xoşbəxt xalqıq! Biz xoşbəxt xalqıq ki, Şuşa bizimdir, biz xoşbəxt xalqıq ki, Qarabağ Azərbaycandır, biz xoşbəxt xalqıq ki, İlham Əliyev kimi qətiyyətli, hünərli, cəsarətli, müdrik və səmimi bir Liderimiz var!
2022-ci ilin "Şuşa İli" elan edilməsi tariximizin Zəfər təntənəsidir
Müzəffər Ali Baş Komandanın bu qərarı tarixi bir hadisədir və ölkə rəhbərliyi tərəfindən Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə göstərilən böyük diqqət və qayğının göstəricisidir. Prezident İlham Əliyevin 2022-ci ili "Şuşa İli" elan etməsi onun tarixi və mədəni sahədə də Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirdiyinin əyani sübutdur. Bu 1752-ci ildə Pənahəli xan tərəfində Şuşanın təməlinin qoyulmasının 270 illiyini qeyd edəcəyimiz tarixi yubiley təntənəsidir."Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”, deyən Prezident İlham Əliyevin imzaladığı bu Sərəncamı dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbini fərəh, böyük qürur və iftixar hissi ilə doldurdu. Prezidentin 7 may 2021-ci il tarixli sərəncamı ilə zəngin və şanlı tarixi keçmişə malik Şuşa şəhəri mədəniyyət paytaxtı elan edildi. Bunun ardınca, 2022-ci ilin "Şuşa İli" elan edilməsi həm tarixi, həm də mədəni baxımdan mühüm əhəmiyyət kəsb edən qədim şəhərimizə verilən ən böyük dəyərin göstəricisidir.
2022-ci il Şuşada Böyük Qayıdışın təntənəsi
Bu gün Şuşa artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. 2021-ci il 14 yanvar tarixindən - Prezidentin Şuşa səfərindən etibarən Şuşanın bərpası başlandı və qısa müddət ərzində böyük işlər görüldü. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı. Məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. "Qarabağ" və “Xarıbülbül” otelləri istifadəyə verildi. Şuşanın baş planı təsdiq edildi, yeni yaşayış kompleksinin təməli qoyuldu. Bütün bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar öz doğma yurdlarına qayıdırlar. Bu il Şuşada Böyük Qayıdışın təntənəsi baş tutacaq, uzun müddətlik həsrətdən sonra şuşalılar doğma yurdlarında "Şuşa İli"ndən irəli gələn əhəmiyyətli tədbirləri izləyəcək, fərəhlənəcək və qürurlanacaqlar.
MUXTAR NAĞIYEV,
YAP Səbail rayon təşkilatının sədri