PDF Oxu

Siyasət

  • 2 299

Dini abidələrə qayğı prioritet istiqamətlərindən biri olub - İCRAÇI DİREKTOR MÜNASİBƏT BİLDİRDİ

Dini abidələrə qayğı prioritet istiqamətlərindən biri olub - İCRAÇI DİREKTOR MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda dini abidələrə qayğı hər zaman dövlətimizin prioritet istiqamətlərindən biri olub". Bu sözləri SİA-ya açıqlamasında Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.Onun sözlərinə görə, dini ibadətgahlar sadəcə dini ayinlərin icra olunduğu bir yer deyil: "Onlar həm də mədəniyyətimizin əsas tərkib hissəsidir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidini ziyarət etmələri, orada yaradılan şəraitlə tanış olmaları dövlətimizin dini-mənəvi sahəyə göstərdiyi növbəti qayğının bariz nümunəsidir. Hz. Peyğəmbərin mübarək qızının adını daşıyan məscidin təmir edilib və yenidən istifadəyə verilməsi dindarlar üçün tarixi əlamətdar hadisədir. Ölkəmizdə dövlət-din münasibətləri, eləcə də tarixi-dini abidələrə diqqət və qayğı hər zaman yüksək səviyyədə olmuşdur. Əminlikə demək olar ki, bu siyasət gələcəkdə də uğurla davam edəcəkdir".

Arzu Qurbanzadə

Digər xəbərlər