Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində düz 30 illik həsrətə 44 gün ərzində dür ki, ölkə Prezidentimizin, Ali Baş Komandanımızın "Dəmir yumruq" siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə Qələbə zəfərinə nail olmaq xalq-iqidar- ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir!. Və Ordumuzun uğurları hər bir azərbaycanlında sevinc və sonsuz qürur hissi yaşadır. Dövlət başçımızın dediyi kimi Qarabağ bizim doğma dədə-baba torpağımızdır, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir.
Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır
Bu gün bu fərq Milli Ordumuzda da görünməkdədir. Çünki Milli Ordumuz təcavüzkardan fərqli olaraq, beynəlxalq normalara əməl edir, mülki əhalini atəşə tutmur. Bu gün Vətən müharibəsi getdiyi bir zamanda, işğalçı Ermənistan gücləri tükəndiyi haldha öz faşist niyyətlərini mülki əhaliyə atəş açmaqda göstərdiyi bir məqamda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndinin erməni sakinlərinə müraciət ünvanlayaraq bildirmişdir ki, bizim hədəfimiz yalnız işğalçı ordu və onun döyüşçüləridir və Azərbaycan ordusu heç vaxt mülki əhaliyə (düşmən tərəfdə olsa da) və onun infrastrukturlarına atəş açmayacaq. Mülki əhalinin narahat olmasına heç bir əsas yoxdur. Halbuki bunun tam əksi olaraq, təcavüzkar ölkə, dinc əhalinin yaşayış yerlərini, infrastrukturları ağır artilleriya atəşinə tutur və bu, birinci dəfə deyil, Xocalı soyqırımı, Tovuz hadisələrində, bu günlərdə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Bunun nəticəsində bu günlərdə mülki əhali arasında xeyli yaralanan və həlak olan vətəndaşlarımız olub. Naftalanda bütövlükdə bir ailənin üzvləri, o cümlədən iki məktəbli bu təcavüzün qurbanı oldu. Bu gün bütün dünyaya daim günahsız qurban kimi qələmə verən ermənilər bir tərəfdən ikili siyasətlərini nümayiş etdirsələr də bir daha faşist niyyətli olduqlarını göstərməkdədirlər.
Bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir
Belə bir çətin durumda bu gün ölkədə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşı davam etdirsinlər. Bu eyni zamanda Azərbaycan əsgərinin əhval-ruhiyyəsinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə və ləyaqətlə yerinə yetirir.Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbçilərlə görüşü zamanı dövlət başçıs bildirdi: "Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar"Bax, budur xalq-iqtidar-ordu birliyi. Yaralı əsgərlərimizə şəfa diləyən Prezident İlham Əliyev deyib: “Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.Bəli, bu gün yenilməz Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfərə imza atıb. Əlbəttə ki, bunun fonunda anti-Azərbaycan dairələrin və onun əlaltısına çevrilmiş sapı özümüzdən olan baltaların Azərbaycan Ordusunu hədəfə almaları gözlənilən idi. Çünki həmin qüvvələr Azərbaycan Ordusunun qalib gəlməsini həzm edə bilmirlər. Ancaq həmin qüvvələr başa düşə bilmirlər ki, necə oldu ki, ordu bu qədər güclənərək torpaqları işğaldan azad etmək kimi bir vəzifəni şərəf və ləyaqətlə yerinə yetirdi?! Çünki ölkənin güclü siyasi Lideri, onun formalaşdırdığı, günü-gündən güclənən Ordusu var. 2020-ci ilin noyabrın 8-də Şuşanı işğaldan azad edən, Şanlı qələbəyə imza atan Azərbaycan Ordusu bu il daha da güclənib və qarşıdakı illərdə də güclənməyə davam edəcək. Azərbaycanın hərbi büdcəsi də bu il olduğu kimi daha da artacaq. Həmçinin 2021-ci ildə Ordu üçün yeni silahlar, müxtəlif hərbi texnikalar alınıb. Bütün bu uğurlar xalq-iqtidar-ordu birliyinin möhkəm olmasının göstəricisidir. Xalqımız görür ki, Azərbaycan Ordusu xalqı üçün ən müqəddəs missiyanı həyata keçirib. Ona görə də bu gün xalq-hakimiyyət, xalq-ordu birliyi hökm sürür.Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevlə xalqın birliyi özünü Vətən Müharibəsində göstərdi. Bu əzəmət qarşısında Azərbaycana qarşı olan heç bir qüvvə tab gətirə bilmədi. 1989-cu ildəki güc, birlik, həmrəylik Azərbaycan dövlət müstəqilliyini, 2020-ci ildəki milli birlik isə suveren respublikanın ərazi bütövlüyünü bərpa etdi. Bəli, bu birliyin təcəssümü qalibiyyətdir və Azərbaycan Prezidentinin siyasəti qalib gəldi!.
RƏFİQƏ KAMALQIZI