Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar görüşündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı nəzərdə tutulur. Bu barədə SİA Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Türkiyənin təşəbbüsü ilə baş tutacaq görüş videokonfrans formatında keçiriləcək.