PDF Oxu

Siyasət

  • 2 629

Erməni revanşistləri və ya Nikol Paşinyan uzaqgörən olmasza ANALİTİK+AKTUAL

Erməni revanşistləri və ya Nikol Paşinyan uzaqgörən olmasza ANALİTİK+AKTUAL

Ermənistanın siyasi isteblişmentinin bir qütbü Ermənistan ictimaiyyətini nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması prosesinə hazırlayırsa, digər qütbü tamamilə əks mövqe nümayiş etdirir

2022-ci ildə Ermənistan və Azərbaycan arasında nəzəri cəhətdən yerdə qalan bir sıra fikir ayrılıqlarını aşmaq və müəyyən mənada ortaq məxrəcə gəlmək imkanları yarana bilər. Artıq Rusiya XİN “vahid paketin” hazırlanması barədə də məlumat verib. Orada kommunikasiyaların bərpası, həmçinin infrastrukturlar üzərindəki təşəbbüsləri birgə işləmək, konkret layihələrin işə salınması kimi məsələlər yer alır. Lakin Rusiya XİN-nin məlumatına rəğmən, Ermənistan parlamentinin ayrı-ayrı üzvləri bildirirlər ki, yeni – 2022-ci il Ermənistan üçün növbəti uğursuzluqlar vəd edir, həmçinin, danışıqlar prosesinə yenidən baxılmalıdır və s.O cümlədən, Ermənistanda revanşist qüvvələr bu gün də mövcuddur və onlar regionda sülhün, əmin-amanlığın, habelə yeni səhifələrin açılmasına qətiyyən razı olmadıqlarını bildirirlər.
Ermənistanın revanşçı deputatı Qarabağın erməni icmasına nə deyib?
Misal üçün, erməni milliyyətçilərindən ibarət olan müxalifətçilər, daha dəqiq desək, “Şərəfim var” fraksiyasının parlamentdəki nümayəndəsi, deputat Tiqran Abramyan özünün Facebook səhifəsində yazıb ki, müharibədən sonrakı dövr üçün yaradılmış və tənzimlənmə prosesini aparacaq yeni format respublikanın milli maraqlarına cavab vermir, eyni zamanda, ermənilərin Cənubi Qafqaz məkanındakı mövcudluğunu məhv etmək məqsədini daşıyır. Revanşçı deputat hətta bir az da həyasızlaşaraq irəli gedib və Qarabağın erməni icmasına müraciət yollayıb ki, tanınmayan “dqr”in Ermənistanın gündəmindən birdəfəlik olaraq çıxarılmasına imkan yaratmasınlar. Beləliklə, emosiyalara qapılmış və bütün məntiqləri itirmiş çağırılşarı ilə gündəmə çıxan Tiqran Abramyan həmçinin diaspur bu məsələ ətrafında konsolidasiya gəlməsinin, baş nazir Nikol Paşinyanın isə ittiham edilməsinin vacibliyindən bəhs edib.Beləliklə, erməni siyasi isteblişmentinin bir qütbü Ermənistan ictimaiyyətini nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması prosesinə hazırlayırsa, digər qütbü tamamilə əks mövqe nümayiş etdirir, hətta düşdükləri böhranlı vəziyyətlərinə rəğmən, müharibədən yıpranmış, bezmiş erməni ictimaiyyətini müqavimətə səsləyir. Artıq belə bir mümkün versiya da var ki, radikal millətçilər yeni ildə mövcud hakimiyyətə qarşı özünəməxsus revanş götürə bilərlər.
Sülh sazişi imzalanacağı təqdirdə Ermənistan üçün hazırkı dövrə qədər realizə olunmayan kütləvi imkanlar yarana, Paşinyanın ölkədaxili populyarlığı arta bilər
Bütün bunların səbəbləri bəllidir – sülh sazişi imzalanacağı təqdirdə Ermənistan üçün hazırkı dövrə qədər realizə olunmayan kütləvi imkanlar yaranacaq və ən kiçik uğurlar belə Paşinyanın ölkədaxili populyarlığını artıracaq. Mövcud perspektivlər isə əlbəttə ki, radikal, revanşist müxalifət cinahını narahat edir, onların siyasi səhnədən tamamilə silinəcəkləri prosesini sürətləndirir. Bu baxımdan, yaranmış yeni şəraitdə Paşinyan və onun komandasının əllərinə böyük imkanlar düşür ki, onlar qeyd edilən prosesdə daxili düşmənlərini kənarlaşdırsınlar.Növbəti parlament seçkilərində isə radikal revanşistlərin yerlərini erməni ictimaiyyətinə yaxşı tanış olan oliqarxlar tuta bilərlər və onlar da ələrində olan imkanları vasitəsi ilə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması, layihələrin həyata keçirilməsində hökumtə dəstəklərini göstərə bilərlər. Bütün bunlardan sonra isə Ermənistanın siyasi atmosferi ənənəvi formata keçə bilər – iqtidar partiyası sistemli müxalifətin parlament təmsilçiliyini təmin etməklə öz hegemonluğunu saxlamaq imkanını əldə edər. Təbii ki, Nikol Paşinyana da bu lazımdır.
Separatçılar “dqr” adlı saxta və cinayətkar rejimin Azərbaycanın yuridiksiyası altına keçəcəyini yaxşı bildikləri üçün...
Lakin sözügedən ssenarinin həyata keçməməsi istiqamətində var-gəl edən ultranasionalistlər hər vəchlə danışıqlar prosesini pozmağa çoxsaylı cəhdlər göstərirlər. Görünən daha bir məsələ budur ki, tanınmayan “dqr” rejimində özlərini rəhbərlər kimi təqdim edən separatçı qalıq tör-töküntülər da siyasi arenadan birdəfəliki silinməyə hazır deyillər. Belə ki, separatçılar regionun geosiyasi məkanında əvvəllər də olmayan əhəmiyyətlərini indi bütövlükdə itirirlər. Yəni separatçılar “dqr” adlı saxta və cinayətkar rejimin Azərbaycanın yuridiksiyası altına keçəcəyini yaxşı bildikləri üçün siyasi maraqlarının ən azından Ermənistan sahəsində qalmasına çalışacaqlar. Buna görə də onlar gizli şəkildə revanşistlərin çağırışlarını dəstəkləyə bilərlər ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesi pozulsun, üstəlik, kommunikasiya məsələləri də baş tutmasın.Ermənilərin diaspora strukturları da çox yəqin ki, müharibəsonrası tənzimləmədə özləri üçün hər hansı səmərə görmürlər. Misal üçün sual oluna bilər ki, erməni slitasından, kilsəsindən kimlər son otuz ildə Ermənistan və Azərbaycan arasında sülhün yaranması üçün cəhdlər göstərib? Göründüyü kimi heç kim!Bu gün Ermənistanın baş naziri artıq müharibə sonrasında Azərbaycanın qalibiyyətinə qarşı müqavimət göstərməsi baxımından partiyadaxili resurslarıın bütününü istifadə edib. Onun sülh sazişini məhz Azərbaycanın şərtləri, tələbləri əsasında qəbul etməsindən başqa yolu da yoxdur.Düzdür, Paşinyan revanşçıların ekstremist xarakterli addımlarına qarşı daha sərt mövqe göstərməyə və bu vasitə ilə müəyyən mənada onların əllərinə də oynaya bilər, amma bunun da sadəcə bir görüntü xarakteri daşıdığını hər kəs anlayır. Hətta o sülh sazişinin imzalanması, kommunikasiyaların açılması yönündə yenidən daha əvvəlki variantlarını işə salarsa, çox yəqin ki, belə oyunbazlıqlar onun uzaqgörən olmaması faktını növbəti dəfə təsdiq edəcək.
Rövşən RƏSULOV

Digər xəbərlər