Qusar rayonunda 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə fədakarlıqla döyüşərək şəhidlik zirvəsinə ucalmış Ramazanov Rail Arif oğlunun və Şahbazov Sarvan Əliməhəmməd oğlunun anım mərasimləri keçirilib.Şəhidlərin ildönümü mərasimlərinə YAP Qusar rayon təşkilatının fəalları Qusar rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidin döyüş yoldaşları, doğmaları və rayon ictimaiyyətinin nümayəndələri qatılıb.Mərasim iştirakçıları əvvəlcə şəhid Rail Ramazanovun Hil və Sarvan Şahbazovun Gündüzqala kənd qəbristanlıqlarındakı məzarlarını ziyarət edərək ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra mərasim iştirakçıları şəhidlərin ailələrini ziyarət ediblər. Ailələrinin qayğı və problemləri ilə maraqlanıblar.Şəhidlərin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI