Bu ilin, 2022-ci ilin “Şuşa İli” elan olunması iki əsas amillə bağlıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Millət vəkili vurğulayıb ki, birincisi, “Böyük Qayıdış” layihəsi 2022-ci ildə sürətlənəcək və bu il işlər sürətlə həyata keçirilərək bizim vətəndaşlarımızın öz obalarına, evlərinə dönmələri üçün böyük imkanlar yaradılacaq.“Bununla yanaşı Azərbaycanın mədəniuyyət paytaxtının tezliklə fəaliyyəti Azərbaycan mədəniyyətinin və Şuşanın Azərbaycan mədəniyyətində rolu dünyaya tanıdılacaq. Mən əminəm ki, Şuşaya, bizim mədəniyyət paytaxtımıza gələn, dünyanın hər bir yerindən olan nümayəndələr Azərbaycanın dərin mədəniyyəti ilə və bizim gözəl mədəniyyət paytaxtımızla tanış olaraq, onlar Qarabağın nəyə görə Azərbaycanın olduğunu daha yaxşı anlayacaqlar”, deyə Asim Mollazadə bildirib.
Müəllif: İnam Hacıyev