Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətindəki təxribatları təbii ki, əldə olunan razılaşmadan sonra Ermənistanın kobud təxribatıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Politoloq qeyd edib ki, bu həmçinin Soçi, Brüssel bəyanatlarının növbəti mərhələdə Ermənistan tərəfindən pozulmasıdır.“Ermənistan yeni mövqelər əldə etməyə çalışır və Ermənistan tərəfi göründüyü kimi, əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırır, delimitasiya və demarkasiya proseslərində yeni bir divident əldə etmək istəyir. Həmçinin bu təxribat, Qazaxıstanda baş verənlər, KTMT-nin Qazaxıstana ordu göndərməsi görünür Ermənistanı bir qədər dırnaqarası cəsarətləndirib.Mən hesab edirəm ki, bu məsələdə Ermənistan tamamilə məğlub olacaq. Ermənistanın bu kimi addımları konkret olaraq Azərbaycanın adekvat addımlar atmasına və Ermənistanın növbəti məğlubiyyətinə gətirib çıxara bilər. Sülh təşəbbüsləri, sülh danışıqları, əldə olunan razılaşmalar hələ qüvvədədir, amma göründüyü kimi, Ermənistan tərəfi bu kimi təxribatları görünür geosiyasi şərtlər, nə isə əldə etməyə çalışır. Lakin Nikol Paşinyan yanılır. Bu kimi təxribatlar Ermənistanın əleyhinə çıxış edə bilər”, deyə politoloq Məhəmməd Əsədullazadə bildirib.
Müəllif: İnam Hacıyev