PDF Oxu

Siyasət

  • 2 556

“Düşmən mövqeyi dağıdılmalı və həmin ərazi nəzarətə götürülməlidir” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Düşmən mövqeyi dağıdılmalı və həmin ərazi nəzarətə götürülməlidir” HƏRBİ EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“İlk dəfə deyil ki, Ermənistan ordusunun bölmələri Kəlbəcər istiqamətində təxribat törədirlər. Son dəfə ermənilər buna layiqli cavabı noyabrın 16-da aldılar. Bu hadisə Laçın istiqamətində baş verdi. Ermənilər iki strateji yüksəkliklərlə bərabər geniş ərazi itkisinə məruz qaldılar”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.

Onun sözlərinə görə, erməni təxribatlarına cavabı əvvəl olduğu kimi sərt şəkildə verilməlidir: “Yəni atəş açılan düşmən mövqeyi dağıdılmalı və həmin ərazi isə ordumuz tərəfindən nəzarətə götürülməlidir. Belə bir addımlar, adətən, qısa müddət olsa da, Ermənistan tərəfini düşünməyə vadar edə bilir. Erməni ordusunun bu təxribatlara yol verməklə bir qədər cəsarətləndiyini görə bilərik. Böyük ehtimalla bu erməni ordusunun Qazaxıstana göndərilməsindən və gələcəkdə KTMT-nin Ermənistana xilaskar kimi fəaliyyətə başlaması ümidi ilə də bağlı ola bilər. Amma bu ümidləri puç etməkdən ötrü kifayət qədər güc imkan və potensialımız mövcuddur. Hesab edirəm ki, Azərbaycan ordusu düşmənin layiqli cavabını artıq verib. Detallar ilə yəqin ki, yaxın günlərdə daha geniş tanış ola biləcəyik”.

Digər xəbərlər