PDF Oxu

Siyasət

  • 2 208

“Paşinyanın nəhayət özünü terrorçu kimi tanıdığına şadam” - Ara Vardanyan

“Paşinyanın nəhayət özünü terrorçu kimi tanıdığına şadam” - Ara Vardanyan

"Küçədən hakimiyyətə gələn şəxs Qazaxıstandakı vəziyyəti şərh edərək, hadisələrin bu cür inkişafının yolverilməz olduğunu bəyan edir. Ermənistanın baş naziri Nikol Paşinyan belə açıqlamaları ilə növbəti dəfə özünü gülünc vəziyyətə salıb". Bu barədə yanvarın 10-da müxalif “Ermənistan” blokunun üzvü Ara Vardanyan jurnalistlərlə görüşündə bildirib.

Müxalifətçinin qeyd etdiyi kimi, Paşinyan etirazçıları “terrorçu” adlandırıb: “Mən şadam ki, Paşinyan nəhayət özünü terrorçu kimi tanıdı. Mən, əlbəttə ki, daha sərt reaksiya verərdim, amma indicə onun sadəcə terrorçu olduğunu qəbul edək”.

Müxalifət blokunun üzvü xatırladıb ki, 90-cı illərin əvvəllərində Qərb SSRİ-nin dağılmasına öz töhfəsini verə bildi, indi isə Qərb bundan xəbərsiz olaraq onun dirçəlişinə öz töhfəsini verir: “Bu, Rusiyaya qonşuları ilə yeni qarşılıqlı əlaqə formatları tapmaqdan başqa seçim qoymur. Bu, güc mərkəzlərinin yenidən qruplaşdırılması prosesinin davamıdır. Aydındır ki, Rusiya, Çin və İran ABŞ və Aİ üçün kifayət qədər ciddi alternativə çevriliblər”.

Eyni zamanda o, Ermənistanda hakimiyyətin qərbyönümlü olmasına işarə edib: “Onlar Qərbin, Türkiyənin tərəfindədirlər. Buna baxmayaraq, Rusiya Federasiyası indiyədək Ermənistandakı mövcud hakimiyyətdən müəyyən məsələlərdə istifadə etməyi bacarıb. Bu da təbii ki, Qərbin müəyyən reaksiyasına səbəb olacaq. Nikol Paşinyan bəzən Qərbdən, sonra Rusiyadan yumruq alır və o, hamını qane etməyə çalışdıqca bu belə davam edəcək”.

Digər xəbərlər