PDF Oxu

Siyasət

  • 2 156

"SƏS" qəzeti Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan bir qəzetdir - ŞƏRH EDİLDİ

"SƏS" qəzeti Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan bir qəzetdir - ŞƏRH EDİLDİ

"SƏS" qəzeti Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə yaranıb. "SƏS" qəzeti Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri, dəsti-xətti olan bir qəzetdir". Bu sözləri SİA-ya açıqlamasında YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.Onun sözləri görə, "SƏS" qəzeti çox prinsipial, mövqeli qəzetlərdən birincisidir: ""SƏS" qəzeti yarandığı ilk dövrdən bir qəzet kimi formalaşdı, fəaliyyət göstərdi. Azərbaycanda həmin illərdə haqqı-ədaləti müdafiə etdi. Azərbaycanda Heydər Əliyev siyasətinin təbliğ olunmasında prinsipial mövqe nümayiş etdirdi. "SƏS" qəzeti artıq bu gün öz əhatə dairəsini genişləndirib. Bu gün SƏS İnformasiya Agentliyi, SƏS TV "SƏS" qəzetinin tərkibində öz fəaliyyətini davam etdirir. Bu gün möhtərəm cənab Prezidentin həyata keçirdiyi siyasəti bu qəzet uğurla təbliğ edir. Heç şübhəsiz ki, "SƏS" qəzeti uzun illər öz prinsipiallığını nümayiş etdirəcək. Başda hörmətli Bəhruz Quliyev olmaqla bütün "SƏS" qəzeti kollektivini ürəkdən təbrik edirəm. Yeni-yeni nailiyyətlər və uğurlar arzulayıram".

Arzu Qurbanzadə

Digər xəbərlər