PDF Oxu

Siyasət

  • 2 307

“Səs” qəzetinin 31 illik şərəfli həyat yoluna TƏBRİK

“Səs” qəzetinin 31 illik şərəfli həyat yoluna TƏBRİK

Bu gün Azərbaycan mətbuatında xüsusi yeri, imzası olan “Səs” qəzetinin 31 yaşı tamam olur. Ölkəmizdə gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi, siyasi plüralizmə böyük ehtiyac duyulduğu 1990-cı illərin əvvəllərində mətbuat arenasına çıxan "Səs" qəzeti az bir müddətdə öz ətrafına geniş oxucu auditoriyası toplaya bildi. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, 90-cı illərdə “Səs“ qəzeti sağlam ideologiyanın cəmiyyətə çatdırılması kimi mühüm bir missiyanı öz üzərinə götürdü və uğurla həyata keçirdi. 31 illik keçmişə nəzər salanda görürük ki, “Səs” qəzeti çox ağır dönəmlərdən, ağır sınaqlardan keçib. İllər ötdükcə ölkə KİV-ləri arasında özünəməxsus dəst-xətti və prinsipial mövqeyi ilə seçilməyə başlayıb.“Səs“ qəzetinin tarixi missiyalarından biri də ölkənin 91 tanınmış ziyalısının ümummilli lider Heydər Əliyevə müraciətini dərc etməsi idi. Bu müraciət 1992-ci il 16 oktyabr tarixində “Səs“ qəzetində dərc olundu. Az sonra - oktyabrın 24-də Ulu Öndərimizin həmin ziyalılara cavabı da bizim qəzetdə işıq üzü gördü. Məhz bu hadisə ilə “Səs“ adını tarixə yazdı. Sonrakı dövrlərdə “Səs“ qəzeti Yeni Azərbaycan Partiyasının təsis olunmasında müstəsna rol oynadı. 1992-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı keçirilən ilk iclas barədə məlumat məhz “Səs“də dərc olunmuşdu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Səs” qəzetinin kollektivinə ünvanladığı 20 illik yubiley təbrikində oxuyuruq: “Müstəqillik illərində Azərbaycanda demokratik dəyişikliklərlə yanaşı, söz və məlumat azadlığı da inkişaf etmiş, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranmışdır. Yeni şəraitdə Azərbaycanın digər mətbuat orqanları arasında özünəməxsus dəst-xətti və mövqeyi ilə seçilən “Səs” qəzeti də iş prinsiplərini zamanın tələblərinə uyğun quraraq cəmiyyət həyatının bütün sahələrini, ictimai maraq kəsb edən aktual mövzuları həmişə diqqət mərkəzində saxlamış, milli dövlətçilik ənənələrinin əsl təbliğatçısı olmuş, öz oxucu auditoriyasının informasiya ehtiyacını ödəməyə çalışmışdır. Ümummilli lider Heydər Əliyev mətbuatda plüralizmin formalaşmasına və inkişafına mühüm töhfə vermiş “Səs” qəzetinin fəaliyyətini və cəmiyyət qarşısında xidmətlərini daim yüksək qiymətləndirmişdir”.Son illər fəaliyyətini yeni dövrün çağırışlarına bacarıqla uyğunlaşdıran qəzetinn kollektivi iş prinsiplərini dəyişən zamanın tələbləri səviyyəsində qurmağa, müasir informasiya texnologiyalarının yaratdığı imkanlardan yetərincə bəhrələnməyə çalışır. “Səs” ölkə həyatının bütün sahələrini, aktual məsələləri daim diqqət mərkəzində saxlayır, oxucuların görüşünə hər dəfə müxtəlif mövzularda maraqlı yazılarla gəlir.ürsətdən istifadə edib “Səs” qəzetinin Baş redaktoru, hörmətli Bəhruz müəllimi və qəzetin kollektivini bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Əminik ki, "Səs" qəzeti bundan sonra da ictimai maraqların, dövlətçilik mənafelərinin qorunmasına, milli həmrəyliyə öz sözü və səsi ilə dəstək verməkdə davam edəcək, mətbuatımızın mütərəqqi ənənələrinə daim sadiq qalacaq.

Aydın Hüseynov,
Milli Məclisin deputatı

Digər xəbərlər