PDF Oxu

Siyasət

  • 2 059

Bu il Şuşa ili kimi tariximizin qızıl sahifələrindən biri olacaq - MÜNASİBƏT BİLDİRİLDİ

Bu il Şuşa ili kimi tariximizin qızıl sahifələrindən biri olacaq - MÜNASİBƏT BİLDİRİLDİ

"2022-ci ilin Şuşa ili elan edilməsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra böyük quruculuq işlərini daha böyük sürətlə davam etdirmək əzmini göstərir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, 2022-ci ildə təkcə Şuşanın yox, ümumilikdə azad olunan ərazilərin inkişafında böyük işlər görüləcək: "İşğaldan azad olunmuş ərazilərimizdə infrastrukturlar qurulur, qaçqın və məcburi köçkünlərin yaşayışı üçün yaşayış yerləri salınır. Bundan əlavə region üçün tamamilə yeni olan müəssisələr salınır, təhsil ocaqları, mədəniyyət obyektləri tikilir. Bir sözlə, cənab Prezidentin dediyi kimi, həmin ərazilər gələcəkdə təkcə Azərbaycan üçün yox, dünya üçün nümunəvi bir yerə çevriləcək. Bu il eyni zamanda Şuşanın salınmasının 270 illiyi tamam olur. Bu, o deməkdir ki, biz tariximizə sahibik, biz mədəniyyətimizi qorumağa çalışırıq. Eyni zamanda, müasir tələblərə uyğun olaraq onu daha da inkişaf etdirməyə bacarırıq. 2022-ci il Şuşa ili kimi tariximizin qızıl səhifələrindən biri olacaq".

Arzu Qurbanzadə

Digər xəbərlər