PDF Oxu

Siyasət

  • 1 910

2022-ci ilin “Şuşa İli” elan olunması Azərbaycanın dünyaya tanıtmaqda önəmli bir hadisəyə çevriləcək

2022-ci ilin “Şuşa İli” elan olunması Azərbaycanın dünyaya tanıtmaqda önəmli bir hadisəyə çevriləcək

Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi bir neçə hədəfə hesablanmış müdrik qərar hər bir azərbaycanlının ürəyincə və ona böyük sevinc yaşadan tarixi xəbər oldu. Mədəniyyət paytaxtımız olan, böyük strateji əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu cür qərarın qəbul edilməsi bir sıra hədəflər baxımından müstəsna əhəmiyyət daşıyır. 2022-ci ilin “Şuşa İli” elan edilməsi Qarabağda sülh və təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıyacaq. 2020-ci il 8 noyabrda Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin diplomatik, proqmatik siyasəti, Müzəffər Oadumuzun Gücü, Rəşadətli əsgər, zabitlərimizin şücaəti və xalqımızın birliyi, inamı nəticəsində Şuşamız azad olundu. Bu tarix xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir və Azərbaycanın bədənsiz ruhuna ruhun qaytarılması tarixidir, tarixi ədalətin bərpa olunduğu tarixdir. Bu, Azərbaycan gücünün, milli həmrəyliyinin, Prezidentimizin bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacardığının tarixi və sübutudur. Bu haqq yolumuzun tarixi, 28 illik həsrətin yarasına məlhəm qoyulan, bütün Azərbaycan xalqına, qəlbi yaralı bütün şuşalılara yaşam tarixidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi «İnstagram» səhifəsində etdiyi paylaşımda Azərbaycan xaqlını təbrik etməsi ilə dediyi kimi «İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!»Bir sözlə, 1992-ci il may ayının 8-də erməni təcavüzkarları tərəfindən Şuşa işğal olundusa 2020-ci il noyabrın 8-də - 28 ildən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər, Sarsılmaz, Şanlı Ordumuz, rəşadətli əsgər və zabitlərimizin gücü ilə 28 il həsrətində olduğumuz, Azərbaycanın ürəyi, mirvarisi, o cümlədən bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa şəhərini düşmən işğalından azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa etdiyi müraciəti isə bütün xalqımızın Qarabağ həsrətinə məlhəm oldu. Ali Baş Komandanın tarixi müraciətindən: «Dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində – 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”Məhz 2022-ci ilin «Şuşa İli» elan edilməsi ilə bağlı tarixi Sərəncam Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi növbəti dəyərin bariz nümunəsidir. Sərəncamda deyildiyi kimi, 2022-ci ildə Şuşanın 270 illiyi ilə əlaqədar bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Həmin tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək ki, bu da Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından böyük rol oynayacaq. Və bu tədbirlər zamanı Şuşanın qədim tarixi, adət-ənənələri ilə bağlı bir sıra filmlər, videoçarxlar nümayiş olunacaq, sərgilər təşkil ediləcək. Bununla da dünya ictimaiyyəti bir daha Qarabağın əsl sahibinin Azərbaycan olduğuna və erməni yalanlarının dünyada ifşasına şahidlik edəcək. Prezident İlham Əliyev bu qərarı ilə erməni saxtakarlığını dünyaya bir daha nümayiş etdirmiş olacaq.

SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Digər xəbərlər