Siyasət

  • 2 404

“Qazaxıstan Azərbaycanla dost ölkə olduğunu dəfələrlə ortaya qoyub” AÇIQLAMA

image

“Qazaxıstanda baş verən iğtişaşlar və qarşıdurmalar təbii ki, türk dünyasına və eləcə də Azərbaycana bu və ya digər şəkildə təsirlidir. Biz Qazaxıstanla qonşu ölkəyik və iki ölkə arasında iqtisadi, siyasi əlaqələr mövcuddur. Yəni Qazaxıstan beynəlxalq münasibətlər sistemində Azərbaycanla dost ölkə olduğunu dəfələrlə ortaya qoyub və bizim Qazaxıstana münasibətimiz də adekvatdır”. Bunu Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, Qazaxıstanda daxili sabitlik və inkişaf Azərbaycanın milli maraqlarına uyğundur: “Düşünürəm ki, eyni milli köklərə sahib və köklərdən gələn ölkə xalqları kimi biz bir-birimizin inkişafını dəstəkləməliyik. Qazaxıstanda sabitliyin bərpa olunması və demokratik ənənələrin yaradılması, demokratik seçkilərin keçirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətindəki fəaliyyətlər Azərbaycan tərəfindən daimi olaraq dəstəklənməlidir. Hər hansı bir iğtişaş təbii ki, ölkəyə və həmin ölkə ilə qonşu olan dövlətlərə də müsbət dividentlər gətirə bilməz. Ümumiyyətlə, daxili qarşıdurmalar həmişə ölkələrin çöküşünə səbəb olub və buna görə də heç bir halda onu müdafiə etmək yolverilməzdir. Amma xalqların demokratiya, insan hüquqları uğrunda mübarizəsi dəstəklənməlidir”.M.Rəhimli onu da bildirib ki, Qazaxıstandan informasiyalar kifayət qədər zəngin deyil, informasiyaların verilməsində və alınmasında problemlər var, hadisələrin mahiyyəti də bizim üçün tam çılpaqlığı ilə bəlli deyil: “Ona görə də, Azərbaycan qonşu və dost Qazaxıstanın daxili işlərinə qarışmamalıdır. Biz Qazaxıstana münasibətimizdə təbii ki, həmin dostluq qardaşlıq və eyni zamanda, beynəlxalq hüququn imkan verdiyi prinsiplərdən yanaşmalıyıq. Düşünürəm ki, bu iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirə bilər. Hər halda Qazax xalqı özünün nə istədiyini və milli maraqlarını kifayət qədər yaxşı dərk edir və onun da təmin olunması uğrunda mübarizə aparacaq”.

Müəllif: Gülyana

Digər xəbərlər