PDF Oxu

Siyasət

  • 2 423

Kəlbəcər təxribatları, yaxud ERMƏNİ OYUNBAZLIĞI - TƏHLİL

Kəlbəcər təxribatları, yaxud ERMƏNİ OYUNBAZLIĞI - TƏHLİL

Ermənistan ənənəsinə uyğun olaraq yenə də danışıqların ardınca atəşkəsi pozmaqda davam edir və sanki bu məqamda qeyri-adi heç nə yoxmuş kimi bir davranış sərgiləyir. Kəlbəcərdəki Azərbaycan mövqelərini atəşə tutan ermənilər bununla yenə də öz ölkələrinin mahiyyətini, işğalçılıq, terrorçuluq, ələlxüsus təxribatçılıq meyillərini, maraqlarını ortayqa qoydular və sözün əsl mənasında özlərini ifşa etmiş oldular. Növbəti dəfə ermənilər bütün dünyaya göstərdilər ki, sülh, atəşkəs, ya da razılıqlar erməni toplumuna aid deyil. Təbii ki, hadisələri, ermənilərin mahiyyətini, törətdiklərini görməməzliyə vuranların da gözlərini yummamaları gərəkir, əks halda məhz bu aspektdə onlar da özlərinin ikiüzlülükdə, riyakarlıqda, ikili yanaşmada, ədalətsizlikdə maraqlı olduqlarını bir daha ifşa etmiş olurlar.

Sözsüz ki, sərhəd postlarında atışma səslərinin eşidilməsi əslində gözlənilən idi, ələlxüsus Ermənistan kimi terrorçu, təxribatçı, işğalçı bir üzdəniraq qonşu ölkənin olması fonunda bu halın olmayacağını iddia etmək belə mümkün deyildi. Yəni, “erməni dələduzluğu” heç kim üçün sirr deyil və bu xislətləri fonunda onların hansısa danışıqlara riayət edəcəyi heç zaman inandırıcı olmayıb. Qərbin, eləcə də Rusiyanın aləti olan, ümumiyyətlə bütün oyunlara maşa olan ermənilərin məhz bu “xidmətlərinin” sonda belə “ərköyünlük” kimi təzahür edəcəyini sadəcə onları elə alət edənlər əvvəlcədən düşünməli, dərk etməli idilər. Dərk etməli idilər ki, ermənilər istənilən anda tamamilə başqa oyunlara da alət ola bilirlər və bu zaman onları himayə edənləri nəzərə alacaqlarına kimsə zəmanət verə bilməz.

Bir məsələni də diqqətə çatdırmaq yerinə düşərdi ki, ermənilər elə hesab edirlər, vaxtaşırı belə “dələduzluq” etmək, bu cür atəşkəs pozuntusu özündə heç bir siyasi elementlər belə daşımır. Maraqlıdır, bu halda ermənilər nəyə ümid edir, nə düşünür atəşkəsi belə pozmaqla heç özləri də bilmirlər. Yalnız bir şeyi yaxşı bilirlər ki, yalnız qarışıqlıq yaratmaq, sülhə mane olmaq onların xislətləridir və bu hətta həmin toplumun genetik kodunda belə var. Yəni, tarix boyu bütün qarışıqlıqlarda hər daşın altından erməninin çıxması, hər zaman təxribatlara rəvac vermələri, sülh və yanaşı yaşayışda maraqsız olmaları tarixi reallıqlardır və onların xəyanətdə birinci olmaları barədə yetərincə faktlar mövcuddur ki, bu faktlar bütün dünya ictimaiyyətinə də bəllidir. Bunu, bu faktları və reallıqları görməyənlər, daha doğrusu görməməzliyə vuranlar bilməlidirlər ki, ermənilər indi də ən azından verdikləri sözü tutmamaqla, 10 noyabr, 11 yanvar bəyanatlarının müddəalarından irəli gələn tələbləri, sonuncu dəfə Soçi və Brüssel Sammitinin şərtlərini pozmaqla bu dəfə də xəyanətkarlıqlarını nümayiş etdirdilər və özü də birinci növbədə öz müttəfiqlərinə, dost adlandırdıqlarına qarşı. Çünki, ilk növbədə onları aldatmış oldular və danışıqları hesaba almamaqla, Soçi görüşünü təşkil edən Rusiyanı da, Brüssel görüşünü təşkil edən Avropanı, Qərbi də ələ saldıqlarını açıq-aşkar biruzə verdilər. Bu davranışları ilə, daha dəqiq desək, xislətləri ilə təsdiq etdilər ki, onlar güvənilən toplum deyillər.

Ermənistanın hansısa dövlətin, yaxud beynəlxalq təşkilatın iradəsinə arxayın olmadan təxribatın miqyasını genişləndirməsi artıq ağlasığan deyil, çünki bunun üçün Ermənistanda resursun yox dərəcəsində olduğu hər kəsə bəllidir. O zaman erməni təxribatlarının, ələlxüsus sonuncu, Kəlbəcərdə törətdikləri təxribatların arxasında nə, yaxud nələr dayanır? Ermənilərin təxribatlarının məhz Qazaxıstan hadisələri ilə eyni vaxta təsadüf etməsi bir sıra məqamlara aydınlıq gətirir və erməni təxribatlarının pərdəarxasında nələrin olduğunu üzə çıxarır. Məhz yanvarın 8-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan mövqelərini atəşə tutması Qazaxıstan hadisələrinin ardında diqqəti çəkməyə bilməzdi. Bütün bunlar heç də təsadüfi deyildi.

Bilirik ki, Ermənistan hələ müharibədən öncə də, 44 günlük müharibə dönəmində də dəfələrlə Rusiyanın iradəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməyə çalışırdı. Doğrudur, işğalçı dövlətin bu cəhdləri nəticəsiz qaldı və bu özü də ermənilərə bir zərbə oldu, hansıki hələ də həzm edə bilmirlər. Əks halda, yanvarın 10-da KTMT-nin Qazaxıstan hadisələrinə həsr olunmuş növbədənkənar iclasında Ermənistanın baş naziri Nikol Paşinyan həmin hərbi təşkilatın Qazaxıstandakı fəaliyyətinin çərçivəsini genişləndirərək Qarabağ zonasına gəlişini arzuladığını dilə gətirməzdi. “Qazaxıstanda olduğu kimi, Qarabağda 44 günlük müharibədə də kənardan terrorçular gətirilmişdi, beynəlxalq terrorçularla üz-üzə qalmışdıq və KTMT üzv dövlətləri yeni təhlükələrlə üz-üzə qala bilər”, deyən erməni baş nazirin Azərbaycanı KTMT üçün hədəf etməyə çalışdığı açıq-aşkar görünür. Əlbəttə ki, Paşinyanın heç bir arqument olmadan fikirlər səsləndirməsinə, bu fonda həyasızlıq etməsinə Rusiya da, KTMT-yə üzv ölkələr də, hətta bütün dünya ictimaiyyəti belə alışıb. Görünür elə bu səbəbdən də onun səsləndirdiyi sözlərə reaksiya belə verilmədi və bu avantürist, hiyləgər küçə nümayişçisinin arzusu ürəyində qaldı.

Məsələ burasındadır ki, KMTM-yə Ermənistanın üzv olması da, Qazaxıstana göndərilən sülhməramlıların içərisində terrorçu ermənilərin olması da KTMT-yə və sülhməramlı adına bir ironiyadır. Çünki, hakimiyyət çevrilişi edən əli çantalı küçə nümayişçisinin Azərbaycanı KTMT üçün hədəf etmək istəyi barədə qeyd etdiyimiz həyasızlığına məhəl qoyulmamasının ardınca onun Kəlbəcərdə təxribata rəvac verməsi məqsədli şəkildə idi. Məqsəd də o idi ki, KTMT-nin diqqətini cəlb etsin və KTMT üçün növbəti hədəf Azərbaycan olsun. Təbii ki, Paşinyan KTMT-nin Qazaxıstana qüvvə yeritməsindən sonra həvəsə düşmüşdü, ümidlənmişdi və buna görə də təkrarən 11 yanvar tarixində Kəlbəcər istiqamətində atışmaların bir qədər də şiddətlənməsini özləri üçün, öz çirkin niyyətləri üçün məqbul hesab etdi. Doğrudur, bu ermənilərin bu çirkin niyyəti nəticəsində Azərbaycan ordusunun bir hərbçisi şəhid oldu, amma Ermənistana buna görə artıqlaması ilə cavab verildi və Ermənistan tərəfinə bu, dəfələrlə artıq igilər vermək bahasına başa gəldi. Əgər Ermənistan tərəfinin rəsmi açıqlamasına istinad etsək, erməni təxribatlarına cavab olaraq 3 erməni hərbçisi məhv edildi, 5 hərbçisi də yaralandı. Nəzərə alsaq ki, Ermənistan tərəfində itgilərin gizlədilməsi, daha az sayda təqdim edilməsi bu ölkədə normal hal kimi təqdim edilir, deməli, itgilərin daha da çox olduğu bəlli olur və Azərbaycanın hərbi mənbələrinin, Ermənistanın 8 hərbçisinin məhv edildiyi, 2 postunun darmadağın edildiyi barədə məlumatları daha inandırıcı görünür. Bir sözlə, törətdikləri son təxribatlar da ermənilərin özləri üçün acınacaqlı oldu və bundan sonra da belə olacaq, çünki Ermənistanın qüdrətli Azərbaycan, Azərbaycan Ordusu qarşısında duracaq halı, durumu yoxdur, olmayacaq da.

Göründüyü kimi, bütün bu həqiqətlərin, Azərbaycanın qüdrətli dövlətə, orduya və mübarizə əzminə sahib olmasının fonunda, özü də 44 günlük müharibədə rüsvayçılıqla məğlub olmalarının ardınca ermənilərin belə çılız təxribatlara əl atması sadəcə oyunbazlıqdır. Erməni oyunbazlığı məhz Kəlbəcərdə son təxribatların fonunda özünü bir daha göstərdi və təsdiq etdi ki, ermənilər bundan sonra da hərhansı oyunlara əl ata bilərlər, onların danışıqlarda verdiyi vədlərə də güvəniləsi deyil. Onlar haqqında belə bir qənaətdə hər kəsin olduğunu ermənilər özləri də bilirlər və bunu bildikləri erməni baş nazirinin hərhansı platformada görüş zamanı simasında da inikas olunur və belə bir simasız qonşu dövlərlə sərhəddi bölüşdüyümüz halda ehtiyatı əldən verməmək gərəkir ki, Azərbaycan tərəfinin erməni təxribatlarına adekvat cavab verməsi də məhz bu rakursda hər kəs üçün bəllidir. Bəllidir ki, Kəlbəcər təxribatlarının timsalında erməni oyunbazliği cavabsız qalmayacaq və bu tip hərəkətləri Ermənistana baha başa gələcək, nəticələri onlar üçün bundan da ağır olacaq.

Digər xəbərlər