Siyasət

  • 3 234

YAP Biləsuvar rayon təşkilatının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

image

Yanvarın 12- də YAP Biləsuvar rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov, Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov , idarə müəssisə rəhbərləri və partiya veteranları iştirak ediblər.

Tədbirin açılışında ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov bütün siyasi həmfikirlərini rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibətilə təbrik edib. Bildirib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni, müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, dirçəliş və fasiləsiz inkişaf gətirdi.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək müstəqilliyin ilk illərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Çıxışında Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi olduğunu söyləyib. Bu isə xalqın partiyanın sədrinə olan sevgisi və inamıdır. Xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş olduğunu vurğulayıb.

Daha sonra çıxış edən partiya vetranları 12 yanvar 1993- cü ildə rayon təşkilatının yaranmasından bəhs ediblər. Bu gün partiyamız öz fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə yeni uğurlar əldə edir və qələbələr partiyası olduğunu sübuta yetirir. Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir. Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də tarixi əhəmiyyətli və möhtəşəm nailiyyətlərə imza ataraq yeni Azərbaycanın qüdrətinin daha da artmasına müstəsna töhfələr verəcəyini bildiriblər.

Daha sonra Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının yaranmasının 29 illiyinə həsr olunmuş videoçarx nümayiş edilib.

Sonda YAP Biləsuvar rayon təşkilatının inzibati binasının qarşısında xatirə şəkli çəkilib.

Digər xəbərlər