12 yanvar 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva və Vətən müharibəsi şəhidlərinin valideynləri 1973-cü ildə anadan olmuş,12 yanvar 1994-cü ildə Beyləqan rayonunda şəhid olmuş Əlihəsənov Adət Əlişirin oğlunun şəhidliyinin 28-ci ildönümü münasibətilə rayonun Bərgüşad kənd qəbiristanlığında məzarı ziyarət olunub. Ziyarətçilər şəhidin məzarı üzərinə tər çiçəklər düzmüş və ruhuna dualar oxumuşlar.Həmçinin qəbiristanlıqda şəhidlər-Azayev Heydər Əlövsət oğlunun,Gülaliyev Ayaz Hökümalı oğlunun, Cavadov Mirələm Məhyəddin oğlunun, Baloğlanov Elxan Əlihüseyn oğlunun, Mehdili Niftalı Qnyaz oğlunun məzarlarını və itkin şəhid Xudaverdiyev Ramazan Abduləli oğlunun rəmzi məzarı ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.Daha sonra ehsan süfrəsi arxasında anası Növrəstə Əlihəsənova və döyüş yoldaşları Adət Əlihəsənov haqqında xatirələrini bölüşüblər. Adət Əlihəsənov 5 bacının yeganə qardaşı olmaqla öz bibisi qızına nişanlı olub. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Şəhidin anası Növrəstə Əlihəsənova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Nəzakət