PDF Oxu

Siyasət

  • 7 013

İlham Əliyevin sözü! SİYASİ RAKURS+ÖZƏL

İlham Əliyevin sözü! SİYASİ RAKURS+ÖZƏL

Mübağiləsiz deyə bilərik ki, məhz səmimiyyət və hər bir vətəndaşa qarşı isti münasibət xalqının Ona olan hədsiz sevgisini, məhəbbətini daha artırır

Prezident İlham Əliyevin ölkə jurnalistlərinə verdiyi müsahibəsi kifayət qədər dolğun, həmçinin mövzuları əhatə edən fikirlərinin, şərhlərinin ən incə məqamlarına qədər ətraflı olması ilə yanaşı, həm də xüsusi diqqətçəkici idi. Xalqı maraqlandıran bütün siyasi, iqtisadi, sosial xarakterli suallara geniş cavablar verən dövlətimizin başçısı irəli sürdüyü ifadələrini yalnız rəsmi müsahibə timsalında izhar etmir, həm də vətəndaşlarla səmimi ünsiyyət formasını ən mükəmməl şəkildə təqdim edir. Bu nüans ali təzahür olaraq eyni zamanda, bizim Prezidentimizin sadəliyinin bariz göstəricisi kimi izah oluna bilər. Mübağiləsiz deyə bilərik ki, məhz səmimiyyət və hər bir vətəndaşa qarşı isti münasibət xalqının Ona olan hədsiz sevgisini, məhəbbətini daha artırır.
Zəngəzur dəhlizi termininin böyük həzzi...
Həmin xüsusda, dövlətimizin, xalqımızın maraqlarının müdafiəsi kontekstində yanaşma edərsək, cənab İlham Əliyevin məhz milli dəyərlərimizə, kimliyimizə xas olan kaloritlərə söykənmiş uğurlu siyasət reallığını bir daha müşahidə etmiş olarıq. Lakin daha bir neçə maraqlı məqam dövlət başçımızın düşmənin “cəsur döyüşçü” imicində formalaşdırdığı stereotiplərinin məhv edilərək sprinterlərə çevrilməsi, həmçinin, Ermənistan rəhbərliyinin sözü ilə əməlinin bir olmaması, habelə Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti, Laçın dəhlizi və Qarabağa fransalı siyasət adamlarının gizli səfərləri, ən əsası isə Zəngəzur dəhlizi termininin necə yaranması və bu termindən ayrıca, həm də nə üçün böyük həzz alması və...
Və babasının məzarı qarşısında verdiyi vədi oldu!
Gəlin, mövzumuzu da məhz həmin müsahibədə ən çox diqqət çəkən bir neçə maraqlı ştrixlərə yönəldək:
Dövlət başçımız Ermənistanın baş nazirinin hətta öz dostlarına necə xilaf çıxdığını ən mükəmməl şəkildə izah etdi. Fransada keçirilməsi gözlənilən prezident seçkilərində Makronun əsas rəqiblərindən olacaq Valeri Pekressin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə verilmiş Qarabağ ərazilərinə qanunsuz səfəri. Məhz bu məqamda Nikol nümayiş etdirdi ki, o öz dostuna, ələlxsüsus da 44 günlük müharibə dövründə dəstək aldığı Emmanuelə necə “minnətdar” olmağı bacarır, yaxud ümumiyyətlə, onun üçün dostluğun nə kəsb etməsi özünü açıq-aşkar göstərdi.Yaxud, Rusiya sülhməramlılarının fəaliyyətlərinin sərt şəkildə tənqid edilməsi və bu vasitə ilə əslində xalqın fikrini ifadə etməsi də məxsusi olaraq vurğulana bilər.
Ermənistanda var-gəl edən başbilənlərin İlham Əliyevin gələcəkdə açıqlayacağı vədi barədə nə düşündüklərini təsəvvürə gətirmək olar
Lakin cənab Prezident öz ailəsinin tarixi barədə də bəhs etdi və əslində bu bir ilk idi! Ola bilər ki, tarixi mənbələrimizdə bu barədə qeydlər mövcuddur, bu barədə müxtəlif məlumatlar müvafiq sənədlərdə yer alır. Amma cənab İlham Əliyevin müsahibəsi əsnasına Zəngəzurla bağlı verilən suala cavab olaraq xalqı ilə səmimi, yəni ayrıca şəkildə həmin mövzuya toxunması Onun həqiqətən də nə qədər BÖYÜK SİYASƏT ADAMI olduğunu kifayət qədər təsdiqləmiş oldu.İlham Əliyev cənabları ailəsinin Zəngəzurdan Naxçıvana köçmələri barədə danışarkən məxsusi olaraq vurğuladı ki, babasının məzarını ziyarət edərkən ona söz verib və gələcəkdə həmin vədini xalqa təqdim edəcək...Bax burada, həmin məqamda Ermənistanda var-gəl edən başbilənlərin İlham Əliyevin gələcəkdə açıqlayacağı vədi barədə nə düşündüklərini təsəvvürə gətirmək olar. Onlar başlarını sındırırlar ki, əcəba axı İlham Əliyev babasının məzarı qarşısında ona hansı sözü verib?! Bilirsinimzi niyə təlaşlanmağa başlayıblar? Çünki onlar çox gözəl bilirlər, dərk edirlər ki, İlham Əliyev söz verdisə, nəyin bahasına olursa-olsun, həmin sözünü, vədini mütləq yerinə yetirəcək!

Rövşən RƏSULOV

Digər xəbərlər