PDF Oxu

Siyasət

  • 2 010

Azərbaycan sivil, demokratik inkişaf yolu seçib TƏHLİL

Azərbaycan sivil, demokratik inkişaf yolu seçib TƏHLİL

Prezident İlham Əliyev : "Bizim sözümüz imzamız qədər qiymətlidir"

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Çünki xalqın Prezidenti olan İlham Əliyev hər bir azərbaycanlının rifahını daima yaxşılaşdıran, problemlərin həllini asanlaşdıran, tərəqqiyə inkişafa və harmoniyaya səbəb olacaq addımlar atan güclü və müdrik lider kimi böyük xalqın etimadını qazanmışdı. Çünki Prezident İlham Əliyev hər zaman vurğulayır ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həyata keçirilən siyasi kurs, aparılan islahatlar, yeniliklər vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə hesablanmışdır.Elə yanvarın 13-də Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində çıxışı zamanı sözünün imzamız qədər qiymətli və dəyərli olduğunu deyib: «Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq».Əlbəttə, Prezident İlham Əliyevin 18 illik prezidentliyinin əsas məqsədi xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi bütün gücü ilə möhkəmləndirməkdir. Əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə əldə etdiyi bu misilsiz nailiyyətlər ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsi, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin xalqına olan sonsuz sevgisinin təcəssümüdür.Xalqı ona görə cənab Prezidenti sevir ki, o, son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. 2018-ci il 11 aprel Prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz. Bu həqiqət bütün dünya dövlətlərini öz əsarətinə almış COVİD-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpaqlığı ilə özünü büruzə verdi. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər sırasındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, may ayında isə Qoşulmama Hərəkatına üzv dövlətlərin Təmas qrupunun videoformatda keçirilən Zirvə görüşləri məhz milli, regional və qlobal səviyyələrdə pandemiyaya qarşı səylərin birləşdirilməsi, bu sahədə təcrübə mübadiləsi məsələlərini özündə ehtiva etmişdir. Sonuncu tədbirdə dövlətimizin rəhbəri qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən unikal təşəbbüslə - BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təklifi ilə çıxışı və Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiyanın, Afrikanın və Latın Amerikasının da aparıcı dövlətləriin bu təşəbbüsü dəstəkləməsi, məhz dövlət başçımıza, Azərbaycan dövlətinə, verdiyi sözə imzası qədər dəyərli olduğunnu göstəricisidir. Çünki Prezident İlham Əliyev alternativsiz bir lider olaraq cəmiyyətdə qəbul olunduğu üçün məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı. Son 18 ilin ümumi yekunlarına nəzər salsaq iqtisadi, siyasi, sosial sferada çox böyük irəliləyişlərə nail olduğumuzu görərik. Ötən 18 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə artıb, yoxsulluq 49 faizdən təxminən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artırılıb. Əhalinin sosial rifah halının gücləndirilməsi məqsədilə sonuncu verilən sərəncamlar da mühüm əhəmiyyət kəsb edir.Bir sözlə, sözü ilə əməli üst-üstə düşən, imzası qədər dəyərli olan Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir, keçərli olduğu qədər həm də dəyərlidir”. Azərbaycan Prezidenti İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir.
RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər