Siyasət

  • 456

"Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm"

Qazaxıstana görə Bakı və Ankara ilə Moskva arasında gərginlik olubmu? – Lavrovdan cavab

image

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm.

SİA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.

Erməni jurnalistin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində, Kəlbəcər istiqamətində baş verənlərin Ermənistan hərbçilərinin KTMT çərçivəsində Qazaxıstana göndərilməsi ilə əlaqəli olmasına dair təxribatçı sualına Rusiya XİN başçısı belə cavab verib: “Nə Bakının, nə də Ankaranın KTMT kontingenti ilə bağlı əsəbi reaksiyasını görmüşəm. Bu ölkələrin rəsmi şəxslərinin əsəbi reaksiyasını görməmişik. Ancaq Ərdoğanın (Türkiyə Prezidenti) müşavirlərindən birinin KTMT-ni dəvət etdiyinə görə Qazaxıstanın hərəkətlərini pislədiyibarədə məlumat var. Bu barədə Türkiyədən olan həmkarlarımıza bildirmişik”.

Digər xəbərlər