Siyasət

  • 1 688

Ermənistanda gələcəklə bağlı hər hansı bir aydın təsəvvür yoxdur - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli media nümayəndələrinə müsahibə verdi. Ölkəmizin 2021-ci ildə həm daxili, həm də xarici siyasətdə apardığı tədbirlər, əldə etdiyimiz uğurlar, regional beynəlxalq münasibətlər və digər bir sıra məsələlərə toxunuldu. Əlbəttə ki, Azərbaycan ilə Ermənistan arasında hazırki vəziyyət bir daha cənab Prezident tərəfindən təhlil edildi". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Prezident qeyd etdi ki, məhz Azərbaycanın mövqeyi hər zaman aydın olub: "Cənab Prezidentin müsahibəsində məhz hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, hər iki ölkə tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyasının başlanması, kommunikasiyaların dərhal açılmasına start verilməsi, sülh müqaviləsinin imzalanması məsələlərini masaya qoydu. Amma Ermənistanda gələcəklə bağlı hər hansı bir aydın təsəvvür yoxdur. Cənab Prezident vurğuladı ki, Ermənistan tərəfi müharibə bitdikdən sonra dəfələrlə təxribatlar törədib: “Ermənistanda revanşist meyillər, revanşist ritorika, düşüncə ilə çıxış edənlər var. Ermənistan tərəfindən zaman-zaman tördilən təxribatlar da onu göstərir ki, Ermənistan hələ də konkret mövqe nümayiş etdirə bilmir". Cənab Prezident bu fikirləri səsləndirməklə bir daha Azərbaycanın mövqeyini ortaya qoydu".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Vətən müharibəsi bitdikdən sonra da Azərbaycan bölgədə sülhü və əmin-amanlığı təmin etmək, ordumuzun müasir silahlarla təmin olunması üçün yeni kontraktlar imzalayır: "Yeni komanda, hərbi hissələri yaradılır. Əlbəttə ki, Azərbaycan öz hərbi potensialını gücləndirmək üçün dövlət büdcəsində hərbi xərclərin məbləğini biraz daha artırmaqla sadəcə öz hərbi gücünü, qüdrətini möhkəmləndirir və bu da yalnız bölgədə sülhə və əmin-amanlığa xidmət edəcək bir amildir".

Arzu Qurbanzadə

Digər xəbərlər