PDF Oxu

Siyasət

  • 2 994

Ermənistan-Türkiyə görüşləri: növbətisi nə vaxtdır? ANALİTİKA+AKTUAL

Ermənistan-Türkiyə görüşləri: növbətisi nə vaxtdır? ANALİTİKA+AKTUAL

Mümkündür ki, növbəti görüşlərin keçirilməsi Qarabağda müharibə sonrası prsoseslərin necə inkişaf etməsindən asılı olacaq

Məlum olduğu kimi, uzun illərdən sonra - yanvarın 14-də Rusiyada Türkiyə və Ermənistan diplomatiyasının nümayəndələrinin görüşləri keçirildi. Münasibtlərin normallaşdırılması istiqamətində keçiriləən bu görüş istər Moskvada, istər Brüsseldə, istərsə də Bakıda müsbət qarşılandı və dəstəkləndi. Bütövlükdə isə ikitərəfli münasibətlərin normallaşdırılması yönündə Serdar Kılıçla Ruben Rubinyanın görüşləri regionda gedən pproseslərə də öz təsirlərini göstərə bilər.Ermənistan XİN-nin mətbuat katibi Vaan Unanyan qarşıda dayanan danışıqların effektliyinə ümid etdiyini desə də İrəvan erməni-türk münasibətlərinin yalnız bir diplomatik görüşlə tənzimlənə bilinməyəcəyini də ifadə edib. Məsələn, Türkiyə tərəfinin 63 yaşlı Serdar Kılıçı xüsusi nümayəndə təyin etməsi erməni tərəfini dü.ünməyə vadar edir. Belə ki,, türk diplomat Türkiyənin ABŞ-dakı keçmiş səfiri olması ilə yanaşı həm də Amerika konqresində fəallıqları ilə seçilən erməni lobbiçilərinin siyasətlərinə qarşı məxsusi mübarizliyi ilə seçilib.30 yaşlı Ruben Rubinyan isə gənc diplomat olması ilə yanaşı, həm də hakim “Vətəndaş sazişi” partiyasının funksioneridir və bu görüş onun üçün sınaq mərhələsi sayıla bilər. Məhz Rubinyanın sözügedən prosesə əsas fiqur olaraq cəlb edilməsi erməni ictimai rəyində birmənalı fikirlər formalaşdırmır.. Misal üçün iddialar var ki, artıq daha əvvəlcədən Türkiyə ilə bir sıra məsələlərdə razılaşmalar əldə olunub və gizli tənzimlənmə prosesinə start verilib və s.
Erməni hökuməti ehtiyatla öz xalqını Türkiyə ilə sərhədlərin açılmasına doğru hazırlayır
Ancaq Ankara da maksimal şəkildə ehtiyatlı addımlar atır. Daha dəqiq desək, Rusiyanın bu məsələdəki vasitəçiliyinə kölgə salmamağa çalışmağa çalışır. Düzdür, Rusiya öz məkanını danışıqların aparılması üçün açıq elan edib, amma fakt budur ki, diplomatik danışıqların ilk təşəbbüskarı məhz Türkiyədir. Eyni zamanda, erməni hökuməti da ehtiyatla öz xalqını Türkiyə ilə sərhədlərin açılmasına doğru hazırlayır. Bir çoxları anlayırlar ki, münasibətlərin normallaşdırılması yalnız Ermənistanın səmərəsi üçün əlverişlidir. Belə ki, bu ölkənin nə iqtisadi, nə də siyasi baxımından dənizlərə çıxışları yoxdur.Həmçinin aydın görünür ki, Qarabağın işğaldan azad edilməsi və azad edilmiş ərazilərimizə aid olan regionun Azərbaycanın tərkibinə reinteqrasiyası yeni tarixi səhifə açır.
Ankara bu məsələlərdə Bakının maraqlarını birmənalı şəkildə dəstəkləyir
Fəqət, baş tutmuş görüş Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesinin sürətlənməsinə təəsir etmir. Daha dəqiq desək, xüsusi nümayəndələrin bu siyasi prosesə təsir etmə imkanları yoxdur. Lakin buna baxmayaraq, Zəngəzur dəhlizinin blokadadan çıxarılması, nəqliyyat rabitəsinin gələcək fəaliyyəti ilə bağlı müəyyən məsələlərdə razılaşmalar əldə edilib. İndiki məqamda Türkiyə Ermənistanla Azərbaycan arasında ümumi razılaşmalarla bağlı imzalama prosesindəki mühüm məqamları əldə verməməlidir və söz yox ki, Ankara bu məsələlərdə Bakının maraqlarını birmənalı şəkildə dəstəkləyir. Yəni Türkiyənin Ermənistanla bağlayacağı razılaşmaları həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistan gələcəkdə qonşularına qarşı ərazi iddiaları irəli sürməyəcək.Ancaq bütün mənalarda, bu proses yalnız müsbət məcralara söykənə bilər və ilk danışıqlar prosesi bəyanatlar xarakterində davam etdi. Həm Türkiyənin, həm də Ermənistanın XİN-ləri praktiki olaraq indentik, eynilik təşkil edən fikirlər dərc etdilər. Növbəti görüşün harada və nə zaman keçiriləcəyi isə hələlik məlum deyil. Mümkündür ki, növbəti görüşlərin keçirilməsi Qarabağda müharibə sonrası prsoseslərin necə inkişaf etməsindən asılı olacaq.
Rövşən RƏSULOV

Digər xəbərlər