PDF Oxu

Siyasət

  • 2 015

“Zəruri tənqidlər edilməli, Rusiya məlumatlandırılmalıdır” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

“Zəruri tənqidlər edilməli, Rusiya məlumatlandırılmalıdır” - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

Ermənilər Qarabağı kütləvi surətdə tərk edirlər və sülhməramlılar öz missiyasını qorumaq üçün çalışırlar ki, separatçı qrupların, radikal qrupların nazı ilə oynasınlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Millət vəkilinin sözlərinə görə, yəni onlar, sülhməramlılar çox istəyirlər ki, bu missiya davam etdirilsin.“Onlar bilməlidirlər ki, bu prosesdə çox ciddi pozuntular olacaq. Azərbaycan Laçın dəhlizini öz nəzarətinə götürə bilər və onların hər bir xoşagəlməz hərəkətinə mütləq cavablar verilər. Rəsmi Azərbaycan Rusiyanın məsuliyyətini açıqlayacaq və Rusiya mütləq öz missiyasını müvafiq çərçivədə saxlamalıdır, bilməlidir ki, Azərbaycan bütün proseslərə tam nəzarət etmək imkanlarına malikdir.Ona görə də mən düşünürəm ki, hər zaman zəruri tənqidlər edilməlidir, Rusiyanın rəhbərliyi, Müdafiə Nazirliyinin rəhbərliyi bütün bunlar barədə məlumatlandırılmalıdır ki, onlar sülhməramlı qüvvələri çərçivədə saxlasınlar, onlar öz funksiyalarını düzgün yerinə yetirsinlər. Ancaq görürük ki, ermənilər bu bölgəni tərk etmək istəyirlər. Onlar həm də Ermənistanı tərk edirlər, çünki bu ölkədə və Azərbaycanda sülhməramlıların nəzarətində yaşayan ermənilər öz vəziyyətlərindən çox narazıdırlar”, deyə Asim Mollazadə bildirib.

Müəllif: İnam Hacıyev

Digər xəbərlər