PDF Oxu

Siyasət

  • 2 967

“Etiraz aksiyaları heç bir vəchlə sosial iğtişaşlara keçməməlidir” AÇIQLAMA

“Etiraz aksiyaları heç bir vəchlə sosial iğtişaşlara keçməməlidir” AÇIQLAMA

“Qazaxıstanda yaşanan hadisələrə münasibət hüquq və qanun müstəvisində olmalıdır. Əhalinin, etiraz elektoratının hər hansı hökumətin sosial, iqtisadi siyasətinə etiraz hüququ olsa da, bu hüquq qanunvericilik müstəvisi üzərində olmalı, etiraz aksiyaları heç bir vəchlə sosial iğtişaşlara, mülki əhali və hüquq-mühafizə orqanları ilə silahlı qarşıdurmaya keçməməlidir”. Bunu MDHP-nin sədr müavini Elşən Manafov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, ölkədə sabitliyin və ictimai asayişin qorunmasına məsul olan istənilən hökumət bu kimi qanundan kənar hadisələrin qarşısını almağa məsuldur: “Qazaxıstanda yaşanan hadisələrə beynəlxalq hüquq və onun tələb etdiyi normalar çərçivəsində yanaşmayan Qərbdəki məlum dairələr kimi Azərbaycanda da adı çəkilən siyasi qüvvələrin münasibət bildirmələri qanundan daha çox korporativ və konyuktur maraqlardan irəli gəlir, digər tərəfdən istisna deyil ki, onlar Qərbdəki bəlli dairələrin bu kimi məsələdə sifarişlərini yerinə yetirirlər. Azərbaycanda da sabitliyin pozulması yəqin ki, bulanıq suda balıq tutmaq sövdasında olan bu qüvvələrin maraqlarına uyğun gəlir. Müstəqilliyimizin ilk illərində məhz sabitliyi pozmaq, cəmiyyəti vətəndaş müharibəsi həddinə gətirməklə hakimiyyətin ələ keçirilməsi ilə bağlı maraqlarının realizə olunmasına nail olmuş bəlli qüvvələr yəqin ki, növbəti dəfə tarixin süzgəcindən keçmiş məlum vasitələrdən istifadə etməyə çalışırlar”.

Müəllif: Gülyana

Digər xəbərlər