Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatı ərazi təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib. İclasda çıxış edən təşkilatın sədri səlahiyyətlərini icra edən David İbramxəlilov YAP-ın VII Qurultayından sonra qəbul edilmiş partiyanın Proqramı, Nizamnaməsi və digər hüquqi-normativ sənədlər haqqında məlumat verib.Tədbirdə İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” və YAP Qusar rayon təşkilatının 2022-ci ilə dair iş planı müzakirə olunub.Daha sonra ərazi təşkilat sədrlərini maraqlandıran suallar cavablandırılıb.
yap.org.az