Yaxud, Valeri Pekress məsələsi Fransanı necə stresə sala bilər?
Fransanın əzəldən Azərbaycana və bütövükdə türk dünyasına qarşı münasibəti bəllidir və bu ölkənin siyasi isteblişmentinin demək olar ki, davamlı xarakterdə yürütdüyü qeyri-səmimiyyətə, etibarsızlığa, etimadsızlığa söykənən davranışlarına baxmayaraq, baş verənlərə arzuolunmaz hallara maksimal şəkildə dözümlülük nümayiş etdirilib. Lakin təəssüf ki, Paris bu kimi amilləri görməzlikdən gəlib. Ümumiyyətlə, bu ölkənin xarici siyasəti heç vaxt ədalət və həqiqət prinsipinə sədaqətlik nümayiş etdirməyib və belə faktlar yalnız Azərbaycana, yaxud Türkiyəyə qarşı deyil, digər ölkələrə qarşı da mövcuddur. Elə də uzağa getməyərək, Fransanın Əlcəzairdə (hələ başqa ölkələri demirəm-R.R.) törətdiyi soyqırımlarına rəğmən, özünü “aydan-arı, sudan da duru” aparması, guya insan haqlarına münasibətdə “süddən çıxmış ağ qaşıq” tipində təqdim etməsi cəhdlərini xatırlaya bilərik. Bu, həmin Fransadır ki, qondarma erməni soyqırımını rəsmən tanıyıb, üstəlik, “qanun” qəbul edib ki, qondarma soyqırımının tanınmasına etiraz edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Yəni insanları zorən bu saxta “qanunu” tanımağa məcbur edir. Heç bir tarixi faktlara əsaslanmadan, arxivləri araşdırmadan belə bir “qanunlar” çıxaran Fransanın nəyinə güvənilə bilinər ki?!
Parisə öz yerini göstərməyin zamanı çoxdan çatmışdı...
Və bu, həmin Fransadır ki, ATƏT-in Minsk qrupunun üzvü ola-ola Azərbaycan torpaqlarının işğala məruz qaldığı ərəfələrdə də, 44 günlük müharibədə də işğalçı Ermənistanın yanında oldu, təcavüzkarı dəstəklədi. Bu gün Fransanın çoxsaylı deputatları, siyasətçiləri mövcuddur ki, onlar qanunsuz olaraq Qarabağa səfərlər edib separatçılara dəstəklərini bildiriblər. Belə olan halda isə ərazi bütövlüyünə qarşı tərbiyəsizlik, əxlaqsızlıq, həyasızlıq törədənlərə qarşı Bakının sərt davranışı ədalətli münasibətdir və artıq (!) Parisə öz yerini göstərməyin də zamanı çatıb, hansı ki, bu zaman çoxdan çatmışdı...Bu gün, sözün əsl mənasında, siyasi klounadalar ölkəsinə çevrilmiş Fransada baş verən kütləvi etirazlar, insan haqlarının pozulması, vətəndaşların sosial ədalətlərinin tapdanması qalıb bir tərəfdə, fransız siyasətçilər sanki Azərbaycana qarşı diş qıcıtmaq üçün növbəyə düzülüblər – istər qeyri-rəsmiləri olsun, istərsə də rəsmiləri. Xüsusilə, prezident seçkiləri ərəfəsində erməni seçicilərinin, bütövlükdə isə “erməni dünyasının” beşinci nöqtələri daxil, az qala bütün dəlmə-deşiklərinə dəfərlərlə (!) girib-çıxan namizədlər reallıqda nə qədər çirkab, mudrar və idbar vəziyyətlərini aşkarlamış olurlar. Amma söz yox ki, bu, onların öz seçimləridir və özləri bilərlər kimlərin haralarına necə, hansı üsullarla daxil olub-çıxırlar, amma kənardan həqiqətən də iyrənc görünmələri danılmaz faktdır!
Bu ölkənin rəhbərində paşinyanlaşma prosesi gedir
Beləliklə, fahişələşmiş, pozğun siyasətçilər iş başındadırlar: vaxtilə Liviyanın qətlə yetirilmiş prezidenti Qəddafidən pullar alaraq siyasi olimp zirvəsinə yüksəlmiş eks-prezident Sarkozi, Rusiyanın şovinist dairələrindən yararlanan solçu və ultramillətçi Le Pen və nəhayət, yenə də həmin dairələrdən bəhrələnən və Qarabağa qanunsuz səfər etdiyinə görə haqlı olaraq hədəfə alınan Valeri Pekress – bu və digər adları çəkilməyən ünsürlərin hər biri pula satılanlar, özlərini satanlar sırasında dayananlardırlar.Nə deyəsən? Bir ölkənin rəhbəri gülüş obyektinə çevrilmiş Makrondursa, oradan daha betərlərini də gözləmək olar. Axı həmin Makronu kimlər barmaqlarına sarımayıb? Hətta belə desək, Makronda əməlli-başlı paşinyanlaşma sindormaları mövcuddur. ABŞ Fransa prezidentini Avstraliya sazişi (sualtı qayıq məsələsi) ilə fırlatdı, Türkiyə Liviya məsələsində və Yunanıstanla bağlı Şərqi Aralıq dənizində Makrona yerini göstərdi, Böyük Britaniya isə çoxdan bu ölkənin siyasi maraqlarını işlənmiş əski parçası kimi zibil urnasına göndərdi. Bütün bunlar isə son deyil, davamı kifayət qədər çoxdur.
Azərbaycan zamanında öz hüquqi mexanizmlərini tapıb və icra edib!
O cümlədən, Azərbaycan da zaman-zaman öz sözünü deyib, deyir və deyəcək də..!
Misal üçün, xatırlada bilərik ki, Azərbaycan hüquqi yollarla, yəni məhkəmələr yolu ilə fransız qəsəbələrinin Qarabağdakı separatçı ərazilərlə “qardaşlaşma” sazişlərini pozdu. Halbuki, fransalı diplomatlar hər dəfə iddia edirdilər ki, bələdiyyələrinin qərarlarının ləğv edilməsi üçün mexanizmlər mövcud deyil və s. Amma mexanizmlər tapıldı və haqq-ədalət prinsipi təmin edildi – Azərbaycanın iddiasının xeyrinə!Fransa siyasətinin daha bir tərəfini göstərmək olar: bu ölkə bizim dillə desək, “tüpürdüyünü yalamağa” alışqandır. 2020-ci ildə işğalçı və təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləyən, “Fransa daim Ermənistanın yanındadır” deyən Makron Brüsselə gəldi və Azərbaycan Prezidenti ilə görüşərək heç olmasa prosesdə az da olsa görünməyə cəhdlər göstərdi. Təbii ki, cəmi iki il əvvəl ermənilərin cinahında olan bir ölkə başçısının bu davranışı digər ölkələr tərəfindən rəsmi olmasa da, yumşaq desək, ironiya ilə qarşılandı.
Valeri Pekresslə bağlı Fransa parlamentindəki klounada əsl siyasi pozğunluq tamaşası idi
Nəticə etibarı ilə Valeri Pekresslə bağlı Fransa parlamentindəki klounada, əsl siyasi pozğunluq tamaşası məsələsinə gəlincə isə, artıq Azərbaycanın Xarici İşlər Nazirliyi dolğun, sərt və yerində səslənən bəyanatını ictimailəşdirdi. Lakin etiraf edək ki, fransızlar aldıqları bu rəsmi bəyanatla kifayətlənməməlidirlər. Onları sona qədər sıxmaq lazımdır ki, bir də qələt edib Azərbaycanın dövlət başçısına, Azərbaycan xalqının maraqlarına, heysiyyatına qarşı qurbağavari dillərini uzatmasınlar!Sual: Bəs daha nə edilə bilər? Məsələn, ərazilərimizin minalardan təmizlənməsi üçün ayırdıqları və az qala hər gün başımıza qaxınc etdikləri 500 min avrodan imtina edilməli və əskinaslar geri qaytarılmalıdır. O cümlədən, onsuz da qeyri-işlək quruma çevrilmiş ATƏT-in Minsk qrupunda Fransanın həmsədrliyi rədd edilməlidir. Artıq Fransanın bu ATƏT-in həmsədrliyində qalması üçün nə mənəvi, nə də siyasi hüququ qalıb. Yaxud, Paris özü öz xoşluğu ilə oradan rədd olub getməlidir. Əks halda, ATƏT-in Minsk qrupundan gələn istənilən təklif rədd edilməlidir, buna əsas kimi isə Fransanın orada yer alması və bu yeralmanın Bakı üçün qeyri-komfort olması vurğulanmalıdır. Və belə tələblərin sayı yetərincədir ki, siyasi impotentlik dövrünü yaşayan Fransa yerinə otuzdurulsun!Sonda isə qeyd etmək yerinə düşərdi ki, əgər Valeri Pekress sərgilədiyi siyasi fahişəlik yolu ilə ölkəsinin başçısı seçilərsə, bu zaman onun şəxsi siyasi fahişəlik, və pozğunluq baxışları artıq ölkəsinin rəsmi siyasətində möhkəmlənəcək, necə ki, həmin çalarlar bu gün də orada mövcuddur. Bakının isə adı qara siyahıda olan “prezidentlə” münasibətlər qurması əlbəttə ki, mümkün olmayacaq, ta o zamana qədər ki, həmin şəxs zamanında hansı qələtlərə yol verdiyini rəsmi qaydada etiraf etsin. Bax, onda hansısa kiçik məsələlərə yenidən baxmaq olar...
Rövşən RƏSULOV