PDF Oxu

Siyasət

  • 3 012

Pekres etdiyi qanunsuzluğa görə siyasi məsuliyyət daşıyır - DEPUTAT ŞƏRH ETDİ

Pekres etdiyi qanunsuzluğa görə siyasi məsuliyyət daşıyır - DEPUTAT ŞƏRH ETDİ

“Fransa prezidentliyinə namizəd Valeri Pekresin Azərbaycana qeyri-qanuni səfəri ciddi hüquq pozuntusudur. Üstəlik onun Fransada prezidentliyə namizəd olaraq belə bir hərəkətə yol verməsi həm də siyasi təxribat kimi qiymətləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu təxribat təkcə Azərbaycana qarşı deyil eyni zamanda Fransanın hazırki prezidenti Emmanuel Makrona qarşıdır: “Məsələ ondadır ki, regionumuzda yaranmış yeni rellıqlar hər şeydən öncə uzunmüddətli sülhə və inkişafa xidmət etməlidir və Azərbaycan bunun üçün ciddi siyasi-diplomatik səylər göstərir. Bu səylər isə istər qonşu ölkələr, istərsə də Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən olduqca təqdir edilir. Elə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşdə də bu məsələ xüsusi vurğulandı. Belə olan halda V.Pekres ölkəsinin də üzv olduğu Avropa İttifaqının ümumu mövqeyini nəzərə almalı və ona uyğun siyasi davranışlar nümayiş etdirməli idi”.Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron son Brüssel görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə işğaldan azad olunmuş ərazilərin bərpası və minalardan təmizlənməsi ilə bağlı əməkdaşlıqla bağlı müraciət etdi: “V.Pekresin Azərbaycanın Qarabağ bölgəsinə qeyri-qanuni səfəri həm də vətəndaşı olduğu ölkənin Prezidentinin yəni E.Makronun və onun təkliflərinin bir növ etibarsızlaşdırılması kimi qiymətləndirilə bilər. Belə olan halda isə şübhəsiz ki, Azərbaycan-Fransa münasibətləri get-gedə daha çox ziyan görə bilər. Bu isə nəticə etibarilə ikitərəfli münasibətlərdə mövcud olan əməkdaşlığa və onun inkişaf perspektivlərinə ciddi ziyan vura bilər. Ona görə də V.Pekres etdiyi qanunsuzluq və təxribat üçün həm hüquqi, həm də siyasi məsuliyyət daşıyır”.

Arzu Qurbanzadə

Digər xəbərlər