PDF Oxu

Siyasət

  • 2 911

Vətəndaş-məmur münasibətləri NECƏ OLMALIDIR? - PARTİYA SƏDRİ MÖVQE BİLDİRDİ

Vətəndaş-məmur münasibətləri NECƏ OLMALIDIR? - PARTİYA SƏDRİ MÖVQE BİLDİRDİ

"Azərbaycan Prezidenti məmurları vəzifəyə təyin edərkən dəfələrlə onlardan tələb edib ki, öz vəzifələrini layiqincə yerinə yetirsinlər, qanunları pozmasınlar və xalqa xidmət etməyə çalışsınlar". Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.O, qeyd edib ki, Prezident sonuncu dəfə bir də xəbərdarlıq etdi və dedi ki, əgər siz bu cür işləmək istəmirsizsə, məmur olmayın. Çünki son nəticədə, həm sizə tapşırılan işin öhdəsindən gəlmirsiz, həm də özünüzü bədbəxt edirsiz. Mən hesab edirəm ki, bu kifayət qədər ciddi xəbərdarlıq idi.Abutalıb Səmədov bu barədə fikirlərini belə izah edib: "Məmurlar onların təyinatının səbəbinin xalqa xidmət olduğunu anlamalıdır. Əllərindən gəldiyi qədər insanlara diqqətlə yanaşmalıdırlar. İnsanlarla davranarkən də səbrli olmağı unutmamalıdırlar. Hətta, insanların haqsız tələblərinə də səbrlə cavab verməyə çalışmalıdırlar. Onlar dərk etməlidirlər ki, xalq üçün, millət üçün bu vəzifəyə təyin olunublar. Başqa cür davranış son nəticədə onlar üçün ağır nəticələr verə bilər. Son dövrlərdə korrupsiya və müxtəlif qanun pozuntularına görə vəzifədən azad olunan, cinayət məsuliyyətinə cəlb olunan məmurlar, digər tərəfdən insanlarla kobud rəftar etdiklərinə görə, öz vəzifə borclarını yerinə yetirmədiklərinə görə vəzifələrindən azad olunan məmurlar üçün bu bir dərs olmalıdır. Biz tamamilə yeni münasibətlər yaratmağa çalışmalıyıq. Adi vətəndaş məmuru özünün rəqibi, düşməni kimi görməməlidir. Əksinə vətəndaş məmura ona kömək edəcək, onun problemini həll edəcək şəxsiyyət kimi yanaşmalıdır. Bu cür münasibətlərin qurulması da təbii ki, məmurdan asılıdır".

Müəllif: Turqay Musayev

Digər xəbərlər