Siyasət

  • 1 599

Ermənistan Azərbaycana yeni əraziləri təhvil verəcək ŞƏRH+AKTUAL

image


Korotçenko: “Könüllü istefa Ermənistandakı qeyri-sabit situasiyanın göstəricisidir”
Məlum olduğu kimi, Qarabağ torpaqlarımız düşmən işğalından azad edildikdən sonra bu günün özündə də qonşu dövlətin ərazilərində bir sıra ərazilərimiz qalmdaqda davam edir. Qazax rayonunun 7 kəndi, habelə Naxçıvaın Kərki kəndi məhz Ermənistanın demarkasiya və delimitasiya prosesinə başlanmasını gecikdirməsi səbəəbindən hələ də Azərbaycana təhvil verilməyib. Eyni zamanda, həmin prosesin gecikdirilməsi sülh sazişinin də imzalanmasını təxirə salır, bu isə region üçün heç də müsbət amillər sayıla bilməz. Belə ki, Ermənistanda cərəyan edən siyasi böhranlar da bu cür nəticəyə gəlməyə zəmin yaradır ki, başı daxilindəki problemlərə qarışan İrəvan həmin olayları necə deyərlər, bəhanə etməklə sözügedən prosesin uzanmasına, gecildirilməsinə səbəb olmaqdadır.Bu arada, ölkənin ikinci adamı hesab edilən prezidentin – Armen Sarkisyanın istefaya getməsi isə bəzi mümkün mülahizələrin yaranmasına zəmin olmağa başlayıb. Belə iddialar da var ki, Armen Sarkisyan məhz Azərbaycana geri qaytarılacaq ərazilərə görə istefa verib və istefasının əsl səbəbini açıqlamamaqla sadəcə səlahiyyətlərinin olmadığını bildirib, bu vasitə ilə yaxasını ölkədaxili siyasi böhrandan kənara çəkib.
Rusiyalı hərbi ekspert: “Bu ərazilər Ermənistana deyil, Azərbaycana aiddir”
Sözügedən mövzu ilə bağlı rusiyalı politoloq, “Milli müdafiə” jurnalının baş redaktoru, eləcə də hərbi ekspert İqor Korotçenko maraqlı fikirləri ilə yadda qalıb. O, mətbuata açıqlamasında bildirib ki, Ermənistan prezidenti Armen Sarkisyanın istefası ilk növbədə siyasi böhranın artmasının göstəricisidir və İrəvan yaxın vaxtlarda Bakıya bir sıra əraziləri geri qaytaracaq ki, bu ərazilər sovet dövrünün baş qərargahının xəritəsində məhz Azərbaycanın torpaqları kimi göstərilib.“Könüllü istefa Ermənistandakı qeyri-sabit situasiyanın göstəricisidir. Bu birincisidir. İkincisi isə onun istefası həmin qərarlarla bağlı ola bilər ki, bu qərarları Paşinyan realizə edəcək, əsasən də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesdə İrəvan çox yəqin ki, sovetlər dövrünün baş qərargahının xəritəsi əsasında Bakıya bir sıra əraziləri təhvil verəcək ki, bu ərazilər Ermənistana deyil, Azərbaycana aiddir”, deyən rusiyalı hərbi ekspert bir daha xatırladıb ki, 2018-ci ildə parlament onu prezident vəzifəsinə seçdi, lakin o, bu istefasını belə izah etdi ki, prezident istər daxili, istərsə də xarici siyasət məsələlərində dövlətin və xalqın taleyini həll edə bilməsi üçün lazım olan təsir mexanizmlərinə malik deyil və respublikanın konstirusiyasına görə prezident öz səlahiyyətlərini buraxdıqdan sonra parlament 25 gün və 35 gündən gec olmayaraq yeni ölkə başçısını seçməlidir. Vaxt isə istefa ərizəsinin parlament tərəfindən bəyan eidlməsindən başlayaraq gedir.

Rövşən RƏSULOV

Digər xəbərlər