Siyasət

  • 1 132

YAP Yasamal rayon təşkilatının ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib

image

YAP Yasamal rayon təşkilatının "H.Cavid prospekti, 119" ünvanında yerləşən ərazi ilk partiya təşkilatında hesabat-seçki iclası keçirilib. AMEA Geologiya və Geofizika İnstitutunun direktoru, YAP Veteranlar Şurasının üzvü, akademik Akif Əlizadə iştirakçıları salamlayıb və qeyd edib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.Sonra "H.Cavid prospekti, 119" ünvanında yerləşən ƏPT-nin sədri Cəbrayıl Azadəliyev görülən işlər barədə hesabat verib. Hesabatı dinləyən ərazi partiya təşkilatının üzvləri təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Daha sonra səsvermə nəticəsində "H.Cavid prospekti, 119" ünvanındakı ƏPT-nin sədri Nağı Nağıyev, sədr müavini isə Bahar Babayeva seçilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər