PDF Oxu

Siyasət

  • 3 479

YAP Ucar rayon təşkilatı Lək kəndində şəhid Yaşar Gülmalıyevin anım tədbiri keçirib

YAP Ucar rayon təşkilatı Lək kəndində şəhid Yaşar Gülmalıyevin anım tədbiri keçirib

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı şəhidlərin növbəti anım tədbirini rayonun Rafiq Abbasov adına Lək kənd 1 saylı tam orta məktəbində Birinci Qarabağ müharibəsi şəhidi Gülmalıyev Yaşar Ağabala oğluna həsr edib. İlk olaraq məktəbin şagirdləri vətənpərvərlik mövzusunda kompozisiya təqdim ediblər. Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva və məktəbin direktoru Zakir Piriyev Azərbaycanımızın Zəfərində canından keçmiş Vətən oğullarının qısa və mənalı həyatı gələcək nəsillərə böyük örnək olduğunu çıxışlarında vurğulayıblar.Anım mərasimində iştirak edən Lək kənd 1 saylı tam orta məktəbinin məzunu olmuş Birinci Qarabağ müharibəsi şəhidi Cəfər Zeynalovun anası Lalə Zeynalova, Vətən müharibəsi şəhidi Xəyal Cəbrayılovun valideynləri Rafiq və Səbirə Cəbrayılovlar, Vətən müharibəsi şəhidləri leytenant Elnur Vəliyevin atası Əli Vəliyev və kiçik gizir Kərim Əliyevin atası Məhəmmədəli Əliyev Vətən şəhidlərinin qəhrəmanlıq yollarından danışdılar. Şəhidin qardaşı İsa Gülmalıyev şəhidlərimizə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Daha sonra Yaşar Gülmalıyevin ata ocağı ziyarət edilmişdir. Gülmalıyev Yaşar Ağabala oğlu 03 yanvar 1974-cü ildə rayonun Lək kəndində anadan olmuşdur. Ailədə 10 uşaq - 6 bacı, 4 qardaş arasında 8-ci uşaq, 3-cü oğlan övladı olub. Lək kənd 1 saylı orta məktəbini bitirmişdir. 17 iyun 1992-ci ildə Ucar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb, 742 saylı hərbi hissədə xidmətə başlamışdır. Xidmətinin 1 il 7 ay 10-cu günündə - ömrünün 20 yaş 24-cü günündə Xocavənd rayonunda itkin düşüb. Anası Qələmnaz Gülmalıyeva 27 oktyabr 2008-ci ildə, atası Ağabala Gülmalıyev 08 fevral 2016-cı ildə vəfat ediblər. Yaşar Gülmalıyev subay olub. Böyük qardaşı İsa Gülmalıyev 02 fevral 2016-cı il təvəllüdlü nəvəsinin adında daha bir Yaşar Gülmalıyev böyüyür.

Rəfiqə

Digər xəbərlər