PDF Oxu

Siyasət

  • 1 723

Cinayətkarlar mütləq ədalət hökmünə cəlb olunmalıdır - DEPUTAT İRADINI BİLDİRDİ

Cinayətkarlar mütləq ədalət hökmünə cəlb olunmalıdır - DEPUTAT İRADINI BİLDİRDİ

"Xocalı faciəsi insanlığa qarşı törədilmiş böyük bir cinayətdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.Asim Mollazadə bu barədə fikirlərini belə izah edib: "Azərbaycan xalqının yaddaşından bu faciə heç vaxt silinməyəcək. Bu hadisə ilə bağlı Azərbaycan dünyadan ədalət tələb edir. Bu faciəni törətmiş cinayətkarlar mütləq ədalət hökmünə cəlb olunmalıdır. Xalqımız hər il bu hadisəni yad edir. Öldürülən uşaqlar, qadınlar, yaşlıların xatirələri hər zaman xalqımızın yaddaşında əbədi yaşayacaq. Biz hər il Xocalı soyqırımını böyük kədərlə və ədalət tələbi ilə xatırlayacağıq".

Müəllif: Turqay Musayev

Digər xəbərlər