"Gəncə terroru Vətən müharibəsi zamanı Ermənistan tərəfindən törədilmiş növbəti terror hadisələrindən biridir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Ramil Məmmədli bu barədə fikirlərini belə izah edib: "Azərbaycan xalqı heç vaxt bu hadisəni unutmayacaq. Cənab Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı terror nəticəsində dağıdılmış ərazidə Gəncə Memorial Kompleksinin təməlini qoyması böyük mənəvi əhəmiyyət daşıyır. Bu yaşanan hadisələrin yaddaşlarda saxlanılması, yaşadılması üçün atılan addımdır.
Cənab Prezident Azərbaycan xalqının tarixi məqamlarını, şanlı tarixini, qəhramanlıq tarixinin bir daha xatirələrdə yaşadılması və gənc nəslin yaddaşında bu hadisənin qalması üçün belə bir addım atıb. Bu, əlbəttə ki, Azərbaycan xalqı üçün növbəti müqəddəs məkanlardan biri olacaq".