PDF Oxu

Siyasət

  • 2 203

Prezidentin Gəncə şəhərinə səfəri açılışlarla, təməlqoyma mərasimləri ilə yadda qaldı - DEPUTAT AÇIQLADI

Prezidentin Gəncə şəhərinə səfəri açılışlarla, təməlqoyma mərasimləri ilə yadda qaldı - DEPUTAT AÇIQLADI

"Cənab Prezident İlham Əliyevin Gəncə şəhərinə 18-ci səfəri gəncəlilər tərəfindən çox böyük əhval-ruhiyyə ilə qarşılandı. Cənab Prezidentin bölgələrə səfəri zamanı bir sıra infrastruktur obyektlərinin açılışı olur, təməlqoyma mərasimləri həyata keçirilir. Bu dəfə də Gəncə şəhərində dram teatrın yeni binasının istifadəyə verilməsi baş tutdu". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, bununla yanaşı Gəncədə ikinci "ASAN" xidmət mərkəzi fəaliyyətə başladı: "Bunlarla yanaşı Gəncə şəhərində vaqon-depo açılışının şahidi olduq. Bu da bildiyimiz kimi Gəncədə qatarla əlaqədar bütün yeniliklər həyata keçirilib. Bu yeni açılan mərkəz həm məşğulluq məsələsinin həllində, həm də gələcəkdə yükdaşımaların, sərnişindaşımaların yüksək səviyyədə təşkilinə böyük töhfə verəcək. Bununla yanaşı Gəncədə böyük idman sarayının tikintisi həyata keçirilir.

Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində Gəncə də erməni terrorundan kənarda qalmamışdı. Gəncədə uzaqmənzilli 13 raket atılmışdı. Onlardan 8-i partlayaraq vətəndaşlarımızı şəhid etmiş və şəhər infrastrukturumuza ciddi şəkildə ziyan vurmuşdur. Bu raket atılan ərazilərdən birində 4 hektar ərazini əhatə edəcək Memorial Kompleksin təməlqoyma mərasimində iştirak etdi. Bu çox vacib bir Memorial Kompleks olacaq. Bütün bunlarla yanaşı cənab Prezident çıxışında Gəncənin diqqət mərkəzində saxlanılmasının vacibliyini, Gəncənin Azərbaycanın ikinci böyük şəhəri olduğunu, Gəncədə həyata keçirilən infrastruktur layihələrinin gələcəkdə də uğurla davam etdirləcəyini və dövlətin də bütün bunları diqqətdə saxladığını, erməni faşizmi üzərində Azərbaycanın qələbə çaldığını ancaq onların tamamilə məhv olmadığını bildirdi. Bu baxımdan da Azərbaycan həmişə güclü olmalıdır, Azərbaycan öz ordusunu, iqtisadiyyatını gücləndirməlidir. Cənab Prezident müsahibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə quruculuq, abadlıq işlərinin uğurla həyata keçirildiyini və xüsusilə Kəlbəcər və Laçının inkişafı ilə məhz Gəncənin bağlı olduğunu vurğuladı. Çünki buradan bütün təchizatın və digər vasitələrin daşınması, həmçinin Gəncədən daha yaxın və əlverişli olduğunu vurğuladı. Bu baxımdan da Gəncə şəhəri bu prosesdə də vacib rol oynayacaq. Bir sözlə cənab Prezidentin Gəncə şəhərinə səfəri açılışlarla, təməlqoyma mərasimləri ilə yadda qaldı".

Arzu Qurbanzadə

Digər xəbərlər