PDF Oxu

Siyasət

  • 1 927

Biz heç kimin ağlına gətirə bilməyəcəyi qələbəni qazanmışıq - ŞƏRH EDİLDİ

Biz heç kimin ağlına gətirə bilməyəcəyi qələbəni qazanmışıq - ŞƏRH EDİLDİ

"Cənab Prezident Rossiya-24 telekanalındakı çıxışında çox mühüm məsələlərə toxundu. Azərbaycanın son 10 illərdə yüksək iqtisadi inkişaf yolunu keçdiyini, Azərbaycanın ümumdaxili məhsulunun dəfələrlə artdığnı, Azərbaycanın mühüm nəqliyyat layihələrini icra etdiyini və dünyanın bir sıra dövlətləri ilə çox yaxşı əlaqələrin qurduğunu xüsusilə qeyd etdi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, indiki dövrdə xüsusilə nəqliyyat layihələrinin sayəsində Azərbaycanın qısa müddətdə gördüyü işlər böyük əhəmiyyətə malikdir: "Çünki Ermənistan ilk növbədə bu layihələrdə bizə rəqib olmağa çalışır. Amma bunun üçün Ermənistanın potensialı yoxdur və xaricə nə qədər yalvarsa da, Ermənistan arzu etdiyi investisiyaları cəlb edə bilməyib. Ancaq Azərbaycan həm şimal-qərb, həm şimal-cənub, həm də şərq-qərb layihələrini demək olar ki, başa çatdırıb. Azərbaycan dünyanın mühüm neft-qaz təchizatçı ölkələrindən birinə çevrilib. Xüsusilə indiki dövrdə yəni Avropada qazla bağlı çox ciddi problemin yarandığı bir dövrdə Azərbaycanın rolu dəfələrlə artıb.

Cənab Prezidentin də qeyd etdiyi kimi bizim ən böyük qələbəmiz 30 illik işğala son qoymağımız oldu. Düzdür, hələ ki, tamamilə bu məsələni biz gündəlikdən çıxarda bilməmişik. Ancaq heç kimin ağlına gətirə bilməyəcəyi qələbəni qazanmışıq və addım-addım Azərbaycanın bütün ərazisində suverenliyimizi təmin etmək istiqamətində işlər görürük. Azərbaycan bu gün uzaq perspektivlərə baxır, uzaq perspektivlər haqqında düşünür. Azərbaycanın böyük yüksəlişi hələ qabaqdadır".

Arzu Qurbanzadə

Digər xəbərlər