PDF Oxu

Siyasət

  • 1 788

Prezidentin çıxışı olduqca əhəmiyyətli məqamları özündə ehtiva edir - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Prezident İlham Əliyevin “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişində çıxışı olduqca əhəmiyyətli məqamları özündə ehtiva edir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, cənab Prezident təhsil, iqtisadiyyat, enerji, nəqliyyat, pandemiya ilə mübarizə sahələrində görülən işlər barədə danışıb və gələcəyə baxış kontekstində sualları cavablandırıb: "Kadrların, informasiya texnologiyalarının hazırlanmasının gələcəyə investisiya olduğunu, bu investisiyanın əsrlər boyu ölkəmizin rifahı naminə işləyəcəyini diqqətə çatdırıb. Cənab Prezident BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini, Azərbaycan 2030-cu ilin gündəliyinin icrası barədə üçüncü Könüllü Milli Hesabat təqdim etmiş 12 ölkədən biri və öz regionunda birinci dövlət olduğunu bildirib. Prezident İlham Əliyev COVID-19-dan sonra ümumi bərpa üzrə BMT-nin yüksək səviyyəli panelinin yaradılmasının təklif olunduğunu da diqqətə çatdırıb.

Cənab Prezident Qarabağ məsələsini də bir daha gündəmə gətirərək qeyd edib ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yolla nizamlayıb, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Prezidentin beynəlxalq təşkilatların adını çəkməsi də bugün bəzən ikili standartlar çərçivəsində məsələyə yanaşan qurumlara cavab olması baxımından əhəmiyyət daşıyır. AŞPA-da hələ də Qarabağ münaqişəsindən danışıldığını nəzərə alsaq, müsahibə zamanı bu qurumun qətnamələrinə də istinad edilməsi qeyri obyektiv, ədalətsiz mövqenin dolayı yolla qınanmasını nümayiş etdirir".

Digər xəbərlər