PDF Oxu

Siyasət

  • 1 958

Ermənistan hakimiyyəti törətdiyi faciələri etiraf etməlidir - DEPUTAT AÇIQLADI

Ermənistan hakimiyyəti törətdiyi faciələri etiraf etməlidir - DEPUTAT AÇIQLADI

"Biz hər zaman sülh, tərəqqi tərəfdarı olduğumuzu bəyan edən tərəf olmuşuq. Lakin bu, o demək deyil ki, Xocalını, Gəncə və Bərdə terrorunu və bu kimi yaşanan faciələri unudacağıq". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.Onun sözlərinə görə, regionun tərəqqisi, sabitliyi naminə biz həmişə sülh tərəfdarıyıq: "Gəncə Memorial Kompleksinin də inşası məhz bu nöqteyi-nəzərdən olduqca vacibdir. Nəinki 21-ci əsrdə baş verənlər, Ağdam özü başdan ayağa erməni terrorçularının ifşasıdır. Biz haqqımızı alsaq da, zəfər əldə etsək də, tarix boyu baş verən faciələrdən nəticə çıxarmaq naminə unutmamalıyıq. Əslində, bu Memorial Kompleks təkcə Azərbaycan xalqının deyil, bəşərin, insanlığın faciə abidəsi olacaq. Düşünürəm ki, Ermənistan hakimiyyəti törətdiyi faciələri etiraf etməli, sülhə töhfə verməlidir. Lakin hələ ki, Ermənistan rəsmiləri əməli heç bir addım atmayıblar. Cənab ölkə başçısının Gəncə şəhərinə səfəri zamanı Memorial Kompleksin əsasını qoyarkən də xüsusi olaraq qeyd edib ki, sülhə hazırıq, sülh istəyirik, lakin bu vəhşilikləri unutmayacağıq".

Arzu Qurbanzadə

Digər xəbərlər