PDF Oxu

Siyasət

  • 2 738

YAP Nəsimi rayon təşkilatı aztəminatlı ailələrə yardım göstərib

YAP Nəsimi rayon təşkilatı aztəminatlı ailələrə yardım göstərib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı mütəmadi olaraq aztəminatlı ailələrə, tənha şəxslərə və ahıl insanlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirir. Həyata keçirilən tədbirlər çərçivəsində rayon təşkilatının sədri Azər Süleymanov rayonun aztəminatlı ailələlərdən olan Şahkərimovlar və Əbdülrəhmanovlar ailəsindən iki nəfəri qəbul edib, onların sosial qayğıları ilə maraqlanıb.Təşkilat sədri ailələri narahat edən problemlərin həlli istiqamətində dəstək göstərərək, eyni zamanda, ailəsinə ərzaq yardımı təqdim edib. Onlar da öz növbələrində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər