İsrail nəşri: “Türkiyə ilə sülhə şans vermək İsrailin marağındadır”
İsrailin nüfuzlu Jerusalem Post nəşri Türkiyə ilə İsrailin yaxınlaşması imkanlarından bəhs edən məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Türkiyə İsraillə birlikdə sülhə doğru hərəkat mübarizəsinin bərpa edilməsi yönündə yeni addımlar atmaq marağını nümayiş etdirir. Bildirilir ki, Ərdoğan İsrail-Türkiyə enerji işbirliyi istiqamətindəki mümkünlük məsələsinə də toxunub, eləcə də Türkiyənin prezidenti ötən ilin dekabrının sonlarında İslam ölkələrinin ravvinlər Alyansının liderləri ilə görüş keçirib, həmçinin, antisemitizmi insanlığa qarşı cinayət adlandırıb.
“Azərbaycan İsraillə Türkiyə arasında sülhün əldə olunmasında həlledici açar rolunu oynaya bilər”
Jerusalem Post-da o da bildirilir ki, 2016-cı ildə Mavi Marmara insidentindən sonra əldə edilən barışıq Qüds və Ankaraya isti münasibətlər fonundakı sülhə səbəb olmayıb. “Qəzzada baş verən hər eskalasiya İsraillə Türkiyə arasında gərginliyi artırır və yaxınlaşma prosesinə öz mənfi təsirlərini göstərir”, qeyd edən İsrail nəşri onu da bildirib ki, İsrail Türkiyə ilə münasibətlərinin bərpasına incəliklə yanaşır və Türkiyə ilə sülhə şans vermək İsrailin də marağındadır: “Bəzi skeptizm dərəcələri anlaşılandır. Lakin buna baxmayaraq, Yaxın Şərqdə dəyişən dinamika istər-istəməz belə bir sualı yaradır ki, axı nəyə görə dünyaya şans verilməsin?”, deyə yəhudi nəşri sual edir və sülhün əldə olunmasının vacibliyinə işarə vurur.Lakin məqalənin ən maraqlı məqamlarından bidiri də budur ki, İsrail nəşri Türkiyə ilə İsrailin yaxınlaşması yönündə Azərbaycanın ala biləcəyi rolunu əhəmiyyətlli dərəcədə qiymətləndirib. “Azərbaycan İsraillə Türkiyə arasında sülhün əldə olunmasında həlledici açar rolunu oynaya bilər”, Jerusalem Post-da xüsusilə vurğulanır. SİTAT: “Türkiyə və İsraillə ilə sıx münasibətlərdə olan azsaylı ölkələrdən biri kimi Azərbaycan sülh prosesinin müxtəlif iştirakçıları üçün potensial komfortunu yaratması istiqsmətində öz səylərini nümayiş etdirib”.
Yəhudi nəşri yazır ki, Bakıda Azərbaycan, Türkiyə və İsrail sammiti keçirilə bilər
“2021-ci ilin aprelində Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev bəyan etdi ki, Bakı Türkiyə və İsraillə üçtərəfli sammit keçirməyə hazırdır”, adıçəkilən nəşr yazıb. Bununla yanaşı, Jerusalem Post xatırladır ki, hətta diplomatik münasibətlərindəki gərginliklərinə rəğmən, Qüds və Ankara bir-birlərinin iqtisadi münasibətlərini dəstəkləyirlər: “Türkiyənin İsrailə ixracı aylıq maksimumda rekord həddə - 2021-ci ildə 595 milyon dollara çatıb. İsraillə Türkiyə arasında ilıq münasibətlərin əsası da var və Avraamın razılaşmaları göstərdi ki, bu proses vəsaitlərin yatırılmasına dəyər. Türkiyə ilə sülhə şans verməklə İsrail və onun tərəfdarları regiondakı yeniliklərin dəyişdirilməsinə etimadlarını nümayiş etdirirlər”, Jerusalem Post nəşri mövzu ilə bağlı məqalədə vurğulanır.
Rövşən RƏSULOV