Prezident İlham Əliyev: “Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq”
İngilis səyyahı Vilson ermənilər haqqında deyib: “Ermənilər acgöz və tamahkardırlar. Onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və intriqaları sevirlər”. Bu gün bu alçaq, abırsız faşist xislətli təcavüzkar olmaqla yanaşı qorxaq və rəzil olan Ermənistanın savadsız, sərsəm, xəstə təxəyyüllü baş naziri Nikol Paşinyanın 2020-ci ilin sentyabr ayının 27-si səhər saat 6.00-da Azərbaycana qarşı işğalçılıq siyasəti bir daha Nikolun faşist mahiyyətini bütün dünyaya göstərdi. Oktyabrın 10-dan 11-nə keçən gecə saat 2 radələrində Ermənistanın dinc sakinlərin yatdığı bir vaxtda cəbhə bölgəsindən 100 km uzaq olan Gəncə şəhərinə raket atması bir daha sübut edir ki, terrorçu dövlətin anti- insani, faşist simasını ifşa etdi. Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü nəticəsində elan edilən humanitar atəşkəsi pozmas riyakarlıqdan başqa bir şey deyildi. Humanitar atəşkəslə bağlı razılaşmadan sonra Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə bir neçə dəfə atəş tutulması barbarlığın daha bir bariz nümunəsidir.Prezident İlham Əliyev Gəncədə səfərdə olarkən AZƏRTAC-a müsahibəsində İkinci Qarabağ müharibəsi dövründə Gəncənin dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalandığını bildirərək bütün dünya onların faşist xislətli olduğunun şahidi olduğunu bildirib: “Bilirsiniz, bu dağılmış evlərin önündə olmaq, bax, bu dəhşətli mənzərəni seyr etmək hər bir azərbaycanlı üçün çox ağırdır. İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır».Dövlət başçısı onu da bildirib ki, həmişə ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevriliblər: “Necə ki, vaxtilə ermənilər deyirdilər, azərbaycanlılar özləri Xocalı soyqırımını törədiblər. Bu dəfə də ermənilər öz yalanlarının, necə deyərlər, qurbanlarına çevrilib. Çünki ballistik raketlərin trayektoriyası böyük dövlətlər tərəfindən izlənilir və hər kəs gördü ki, erməni ordusu gecə vaxtı dinc şəhəri, müharibə zonasından uzaqlarda yerləşən şəhərin məhz yaşayış məhəlləsini məqsədyönlü şəkildə atəşə tutub. Yəni, bu, təsadüfən açılan atəş deyildi, məqsədyönlü şəkildə yaşayış binasını vurmaq, Azərbaycan vətəndaşlarını öldürmək, Azərbaycan xalqının gözünü qorxutmaq, Azərbaycan rəhbərliyini torpaqların azad edilməsindən çəkindirmək məqsədi daşıyırdı”.
“Bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır”
Dövlət başçısı müsahibəsi zamanı vurğulayıb ki, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır: «Azərbaycan Ordusu müharibə dövründə belə cinayətlərə əl atmayıb, biz müharibəni ləyaqətlə aparmışıq, biz döyüş meydanında düşmənə cavab vermişik. Gəncə və digər şəhərlər - Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam rayonu, Füzuli rayonu, Naftalan bombalananda mən deyirdim ki, biz döyüş meydanında qisasımızı alacağıq. Biz ermənilərdən fərqli olaraq heç vaxt hərbi cinayətə əl atmarıq. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir, siyasətimizin düzgünlüyünü göstərir”.Bəli, bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür, Azərbaycan xalqının böyüklüyü, siyasətimizin düzgünlüyüdür. Çünki Ermənistanın bu siyasəti işğalçı ölkə üçün həmişə böyük təhlükə mənbəyidir. Və bu gün Ermənistan ərazisindən atılan raketlə Gəncədə yaşayış binasının atəşə tutulması, çox sayda dinc sakinlərin qətlə yetirilməsi vandalizmin, vəhşiliyin son həddidir. Ancaq Azərbaycan həm beynəlxalq hüquq, həm də ədalət baxımından haqq yolundadır. Çünki Azrbaycan mülki əhali ilə müharibə aparmır.
“Biz öz torpaqlarımızda vuruşuruq, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!”
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim vurğuladığı kimi, “Biz öz torpaqlarımızda vuruşuruq, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!” Bu sözlər reallığını diplomatiyanın gedişində də öz əksini tapır. Çünki biz heç bir zaman beynəlxalq hüquqları pozmur və insani dəyərlərə qiymət verərək müharibəmizi aparırıq. Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Dövlət başçımız, Ali Baş Komandanımız İlham Əliyev cənabları bütün çıxışlarında dönə-dönə bildirib: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”Bəli, bu gün hər birimiz o tarixi anları yaşayırıq və Liderimizin ətrafında tükənməz ruh yüksəkliyi ilə birləşmişik və hər an canımızdan, qanımızdan keçməyə hazırıq. Qarabağ Azərbaycandır və bayrağımız bütün işğal altından azad olunacaq ərazilərində qürurla dalğalanır. Düşmən isə bütün müvafiq qanunlar qarşısında törətdiyi cinayətlərinə görə cavab verəcək, mütləq cavab verəcək. Buna heç kimin şübhəsi olmasın.
RƏFİQƏ HÜSEYNOVA