PDF Oxu

Siyasət

  • 2 369

“Dünya gücləri mane törətməsələr regionda sülhə nail olunacaq” AÇIQLAMA

“Dünya gücləri mane törətməsələr regionda sülhə nail olunacaq” AÇIQLAMA

“Ermənilər heç vaxt türkün düşməni olmayıb və ermənilər türklərlə düşmən olması, sadəcə, absurddur. Bu, Rəcəb Tayyib Ərdoğanın təbirincə desək, “qarışqanın fillə düşmənçilik etməsi” anlamına gəlir. Sadəcə, 18-ci, 19-cu əsrlərdən başlayaraq onlardan maşa kimi istifadə edən dünya gücləri süni ermənifobiya yaratmaqla, guya erməni-türk düşmənçiliyi olması haqqında dünya ictimaiyyətində süni fikir formalaşdırmaqla, özlərinin anti-türk siyasətini həyata keçirirlər”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.Onun sözlərinə görə, ermənilərin içində zaman-zaman bunu anlayanlar olsa da, onları xain damğası ilə sıradan çıxarmağa nail olublar: “Bu gün Ermənistan liderinin Türkiyə ilə, türklərlə münasibətləri formalaşdırmaq istəyi varsa, buna ancaq sevinmək olar. Təbii ki, regionda iki türk dövlətini Azərbaycanla Türkiyənin surətli inkişafı, dünya gücləri sırasında nüfuzunun ilbəil artması da erməni başbilənlərinin siyasi korrektəyə ehtiyac olduğunu düşünməyə vadar edir. Əminliklə deyə bilərəm ki, Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan dövlət olaraq yaşamaq imkanlarının tükənəcəyini anlamağa məcburdurlar. Əks-təqdirdə, bu qondarma dövlətin mövcudluğu şübhəli olacaq. Nəticədə, dünya gücləri də onlardan üz döndərəcək. Ona görə də, erməni liderinin gələcəyə hesablanmış bu addımı onların yeganə doğru seçimidir. Əgər dünya gücləri mane olmasalar, bu, regionda sülhün bərqərar olması, inkişafın sürətlənməsi yolunda ciddi və əhəmiyyətli hadisə olacaq”.

Müəllif: Gülyana

Digər xəbərlər