PDF Oxu

Siyasət

  • 8 580

Gənc sahibkarlar onlara göstərilən dövlət dəstəyindən razıdırlar RƏY

image

2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Məlum olduğu kimi, ölkəmizdə gənclərin əsas təmsil olunduğu sahələrdən biri də sahibkarlıqdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya öz biznesini qurmaq istəyən gənclərə böyük dövlət dəstəyi göstərilir ki, bu da bacarıqlı və innovativ ideyalı gənclərə ruh yüksəkliyi bəxş edir. İstər paytaxt Bakıda, istərsə də bölgələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması istiqamətində böyük layihələr reallaşdırılır.

“2 fevral – Gənclər Günü”nün özəlliyini nəzərə alaraq, bu dəfə gənc sahibkarlara üz tutduq. Onlar öz fəaliyyətlərində dövlətin dəstəyini hər zaman hiss etdiklərini vurğulayaraq, ölkə başçısına və Mehriban xanıma minnətdarlıqlarını bildirdilər.

“MIA – Azerbaijan” şirkətinin təsisçisi Cəlil Qasımbəyli: “Biz, Azərbaycan gənclərinin hər zaman bir arzusu olub – yaratdığımız markaları “Made in Azerbaijan” adı altında dünyaya yaymaq. İstənilən sahibkarlıq sahəsinin inkişaf etməsi və dünyada tanıdılması üçün ölkəmizdə kifayət qədər əlverişli şərait yaradılıb. Bu şəraitdən istifadə edərək, biz, azərbaycanlı proqramçılar da bir yerə toplanaraq, taksi sahəsində öz yerli markamızı yaratmaq qərarına gəldik. “Made in Azerbaijan” ifadəsinin baş hərflərinin birləşməsindən ibarət “MIA” startapını yaratdıq. Əvvəldən düşündüyümüz kimi, dövlətimiz bu çətinliklərin öhdəsindən gəlməkdə bizə dayaq oldu. Mütəmadi olaraq, KOBİA, ASK kimi aidiyyatı qurumlar bizimlə maraqlanıb, öz dəstəklərini göstərdilər. Dövlətimizin, Prezidentimizin biz gənclərə bu cür dəstəyi bizi daha da ruhlandırır və amalımız uğrunda apardığımız mübarizədə bizə əlavə güc verir. Bütün MIA komandası adından 2 fevral - Gənclər Günü münasibətilə gənc sahibkarları təbrik edir və onlara daim zirvələri fəth etməyi arzulayırıq”.

“Azra Tim” MMC-nin direktoru Eyvaz Məmmədov: “Cənab Prezidentin xüsusi diqqət ayırdığı sahələrdən biri də regionlarda artezian quyularının qazılmasıdır. Gənc sahibkar kimi qurucusu olduğum və rəhbərlik etdiyim şirkət də bu sahədə fəaliyyət göstərir. Sevindirici hal odur ki, şirkətimiz hazırda işğaldan azad olunmuş bölgələrimizdə də uğurlu layihələr icra edir. Gördüyümüz işlərə Ağdam Sənaye Parkının ərazisində qazdığımız 350 metr və Zəngilan rayonunda qazdığımız 150 metr dərinliyə malik su quyularını fəxrlə misal göstərə bilərəm. İnanıram ki, ölkə rəhbərliyinin biz, gənc sahibkarlara dəstəyi sayəsində daha böyük uğurlara imza atacağıq. Ümummilli Liderimiz söyləmiş: “Gələcək Gənclərindir!”.

“Reyhan Catering” MMC-nin baş meneceri Ulduz Aslan: “Ölkəmizdə sahibkar qadınlara böyük dəstək göstərilir. Mən bir gənc xanım olaraq, bu dəstəyi hər zaman hiss etmişəm. Düşünürəm ki, uğurlarımın arxasında möhtərəm Prezidentimiz İlham Əliyevin və hörmətli Birinci xanımın biz gənclərə arxalanmasından doğan özgüvən, sahibkarlığın inkişafı üçün yaradılan geniş imkanlar dayanır. Sahibkarlığa başlamaq, öz ideyalarını gerçəkləşdirmək istəyən gənc həmyaşıdlarıma, xüsusən də, xanımlara cəsarətli olmağı, dövlətin gənclər üçün yaratdığı fürsətlərdən yararlanmağı tövsiyə edirəm. Gənc sahibkarlar Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməklə ölkə başçısının ətrafında yumruq kimi birləşdiyini nümayiş etdirməlidir”.

Müsahibəni hazırladı: Mehti Kamiloğlu

Digər xəbərlər