PDF Oxu

Siyasət

  • 3 109

Prezidentin Gəncəyə səfəri vacib məqamları ilə yadda qalıb -MÜNASİBƏT BİLDİRİLDİ

Prezidentin Gəncəyə səfəri vacib məqamları ilə yadda qalıb -MÜNASİBƏT BİLDİRİLDİ

“Prezidentin bütün səfərləri əlbəttə ki, önəmlidir. Həmçinin də Gəncəyə səfəri vacib məqamları ilə yadda qalıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.Onun sözlərinə görə, xüsusilə də, bu səfər onunla yadda qaldı ki, Gəncə son illər ərzində xüsusi inkişaf etmiş və Azərbaycanın ikinci böyük şəhəridir: “Böyük inteqral sənaye qovşağıdır. Ona görə onun funksional baxımdan vacib ölduğunu Prezident öz səfəri çərçivəsində vurğulayıb. İndi qərb bölgəsində genişmiqyaslı quruculuq işləri gedir. Gəncəətrafı rayonlar da inkişaf edir. Xüsusilə də Daşkəsən. Orada həm filiz, həm də qızıl yataqları aşkar edilib, istismar olunur. Onların əhəmiyyətli dərəcədə emalı və bu emal sənayesinin yaradılmasında da Gəncənin rolu mühümdür. Ona görə də Gəncə ilə ətraf rayonların əlaqələnməsi fonunda da bu səfər əhəmiyyətli rol oynayıb. Prezident vurğulayıb ki, Gəncə eyni zamanda Kəlbəcər, Laçınla əlaqələndiriləcək. Murov istiqamətindən Kəlbəcərə yeni avtomobil yolu inşa olunur. Bu da həm regionun inkişafına böyük təkan verəcək, həm də Şərqi Zəngəzur regionun infrastruktur qurulmasında müstəsna rol oynayacaq. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, səfər xüsusi əhəmiyyət daşıyırdı. Eyni zamanda, Gəncədə açılan obyektlər onun sosial-iqtisadi potensialını möhkəmləndirmiş olur və beləliklə, bu regionun sosial-iqtisadi inkişafına təkan verəcək”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər