PDF Oxu

Siyasət

  • 2 305

Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb

Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb

Müharibə... Müharibə qaydaları... Müharibə qanunları... İnsanların qətlinə, qətliamına hökm edən müharibənin öz qaydaları, öz qanunları var. 1941-ci ildə, İkinci Dünya Müharibəsində nasistlərin, faşistlərin törətdiyi vəhşiliklər bu qayda və qanunlardan çox uzaq idi. Elə həmin illərdə isti avqust ayında Amerikanın Yaponiyaya atdığı atom bombası da insanlıqdan, qayda və qanunlardan xəbərsiz idi. Bu qayda və qanunlar vicdan, insaf məsələsidir. Axı müharibənin niyə qaydaları olmalıdır? Bir şeyin ki, adı müharibə ola?! Bəli! Bütün məsələləri həll edən, insanlığın ən vacib məsələsi məhz vicdan, insafdır. Uşaqlar ölməsin, qadınlara silah qaldırılmasın, yaşlılar, köməksizlər, silahsızlar öldürülməsin, həkimlərə, ağ bayraqlılara atəş açılmasın, əsirlərə qarşı vəhşilik törədilməsin, işgəncə verilməsin, insanlar qida ilə, su ilə sınağa çəkilməsin, dinc insanlara qarşı terror, qırğın törədilməsin, hətta insanların əmlaklarına belə bilməyərəkdən zərər verilməsin. Budur müharibə qaydaları, müharibə qanunları. Bu, əvvəlcə insaf, vicdan məsələsi idi... Sonra isə dünya bu qaydaları rəsmiləşdirdi. Beynəlxalq təşkilatlar bu qaydaları qanun olaraq qəbul etdi, tətbiqinin vacibliyini vurğuladı.Erməni millətini isə nə insaf, nə vicdan nə də müharibə qaydaları tərbiyələndirə bilməmişdi. Hələ 1905-də, 1915-də, 1918-də xalqımızın başına açdığı oyunlar, törətdiyi qətliyamlar, soyqırımlar yetməzmiş kimi birinci Qarabağ müharibəsi zamanı da, yəni ən yaxın tariximizdə belə günahsız insanlara, irqinə, dininə görə etmədikləri qalmadı. Körpələrə qıydılar, yaşlılara qıydılar, hamilə qadınlara qıydılar, köməksizlərə, silahsızlara qıydılar, əsirlərlə nasistlərin, faşistlərin belə davranmadığı vəhşiliklə davrandılar. Xocalı soyqırımı - bu il bu faicənin 30 illiyini qeyd edəcəyik. 1992-ci ilin 26 fevralında, o qarlı, o sazaqlı gecədə dinc, köməksiz insanlarımızı erməni və rus birləşmələri vəhşicəsinə qətl etdilər. Acımadan. Vicdansızcasına. Bu, bəşəriyyətin ən böyük cinayətlərindən biri idi. Bir çox ölkələr Azərbaycanın xarici siyasəti nəticəsində bu qətliamı soyqırım aktı kimi qəbul etəsələr də, hələ də dünyanın bir çox ölkəsi bu həqiqətə, fakta soyqırım deməkdən çəkinir. İkili standartlar... Biz bunu özümüzə qarşı çox görmüşük. İkinci dünya müharibəsində də eynisini gördük. Biz müharibə qanunlarına, qaydalarına əməl edərkən onlar yenə də öz namərd xislətlərindən əl çəkmdilər. Biz döyüş meydanında, səngərlərdə mübarizə - müharibə aparkən onlar silahlarını, həm də ən ağır, ən təhlükəli silahlarını dinc sakinlərimizə, yaşayış məntəqələrimizə tuşladılar.Azərbaycan Prezidenti Ali Baş Komandanın isə mövqeyi qətiyətliydi - biz müharibəni döyüş meydanında aparmalıyıq!Dinc sakinlərimizə, silahsız və günahsız insanlarımıza qarşı müharibənin, vəhşiliyin əvəzi, qisası, cəbhədə, döyüş meydanında misliylə alınırdı. Acımızsa böyük idi...44 günlük müharibədə Azərbaycan Ordusu bir dəfə də olsun düşmən tərəfin dinc sakinlərinə qarşı silah tuşlamadı. Terror xislətli Ermənistan ordusu isə bu günlər ərzində bir gün belə yaşayış məntəqələrimizə atəş açmaqdan çəkinmədi. Balalarımıza qıydı. Ağdam, Tərtər, Goranboy, Mingəçevir, Füzuli, Bərdə, Gəncə və.s şəhərlərimiz dayanmadan atəşə tutulurdu. Dinc sakinlər həlak olurdu. Düşmən cəbhədəki məğlubiyyətin qisasını bu cür almağa çalışır, öz-özlüyündə guya xalqımızın gözünü qorxutmaq istəyirdi.Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə dəfələrlə bombalandı. Cinayətkar Ermənistan ordusu şəhərə 13 ən təhlükəli raket atdı. Oktyabrın 11 - də gecə saatlarında Ermənistan hərbiçiləri çox təhlükəli bir silah – “TOÇKA-U” və “SCUD” raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini gecə saatlarında insanların yatdığı bir vaxtda raket atəşinə tutdu. Mülki şəxsləri hədəf alan növbəti raket hücumu isə 17 oktyabrda baş vermiş, şəhərin infrastrukturuna, yaşayış binaları daxil olmaqla, digər binalara avtomobillərə ziyan dəydi. Nəticədə 10 qadın, 6 uşaq olmaqla 26 dinc sakin həyatını itirdi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqrımından bəri şahidi olduğumuz bir soyqrım aktı” adlandırıb.Bu, hərbi cinayətdir və bu cinayət dünya tərəfindən qəbul edilməli, təcavüzkar və cinayətkar Ermənistan layiqli cəzasını almalıdır. Əlbəttə bu layiqli cəza Azərbaycan Ordusu tərəfindən cəbhədə, döyüşdə də verildi. Azərbaycan Ordusu 44 günlük müharibədə şərəf, layəqət, şücaət, rəşadət sərgiləyərək şanlı zəfər qazandı. İndi bütün dünya Azərbaycan Ordusunun hərbi qüdrətindən danışır və onun döyüş qabiliyyətini öyrənməyə çalışır.Allah şəhidlərimizə rəhmət eləsin! Allah qazilərimizə şəfa versin! Allah Ali Baş Komandanı və Azərbaycan Ordusunu qorusun!İnanırıq ki, terrorist, nasist Ermənistan Xocalı qətliamına, Gəncə terroruna görə ittiham olunacaq və dünya ölkələri tərəfindən qınanılacaq.

Aidə Quliyeva
Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin müəllimi

Digər xəbərlər