PDF Oxu

Siyasət

  • 2 697

Gənclik enerji, təşəbbüskarlıq və yaradıcılıq deməkdir

Gənclik enerji, təşəbbüskarlıq və yaradıcılıq deməkdir

Müstəqil və müasir Azərbaycanda uğurlu tarixi ənənələrə, ictimai və milli dəyərlərə, dövlətçilik maraqlarına, zamanın çağırışlarına, reallıqlarına uyğun gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər gənclər siyasəti sahəsində vacib qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla, gənc dövlətin gənclər siyasətinin hüquqi əsaslarını formalaşdırdı, demokratik inkişafı təmin etməklə, gəncliyin inkişafının ictimai-siyasi özüllərini möhkəmləndirdi. Bu konteksdə gənclərlə iş sahəsində vahid dövlət siyasəti reallaşdırılması məqsədilə, Ümummilli Liderin Heydər Əliyev tərəfindən 1994-cü ilin 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin 1997-ci ilin bu günü imzaladığı fərmanı ilə isə Azərbaycan gəncləri günü elan edilməsi müdrik dövlət xadiminin Azərbaycan dövlətinin inkişafını Azərbaycan gəncliyinin inkişafında görməsinin bariz nümunəsi, əyani göstəricisi kimi qeyd edilə bilərik. Hər bir sahədə Ümummilli Liderin əsasını qoyduğu dövlət siyasətinin davamçısı kimi çıxış edən dövlət başçısı Cənab İlham Əliyev 2007-ci ili "Gənclər ili" elan etməsi, bu istiqamətdə mühüm addımların atılması, çoxşaxəli tədbirlərin həyata keçirilməsi gənclərin ölkəmizin ictimai-siyasi, mədəni həyatında aktiv iştirakçılığını təmin edən əsas faktorlardan biridir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi əsasında həyata keçirilən layihələr, görülən işlər də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasına, gənclərin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər əsasında yetişməsinə, müxtəlif sahələrdə böyük uğurlar qazanması və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməsinə fundamental töhfə olub, zəmin yaradıb. Gənclər siyasətinin səmərəliliyinin artmasına böyük zəmin yaradan səbəblərdən biri olan ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətli payı var. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili" elan edilməsi özlüyündə gəncliyimizə verilən böyük dəyərin ifadəsi və Azərbaycan gəncliyinin müasir tələblərə uyğun formada, davamlı inkişafına hesablanmış addım kimi qiymətləndirilməlidir. Əbəs yerə deyil ki, 2020-ci ildə Azərbaycan gəncliyi özünü, sözün əsl mənasında və ən yaxşı, ən nümunəvi formada təsdiqlədi və öz mərdliyi, Vətənə, dövlətə, bayrağa könül bağlılığı ilə, nəinki dostu və düşməni, eyni zamanda, bütün dünyanı heyrətləndirdi. Vətən müharibəsində Azərbaycan gəncliyini, sanki yenidən tanıdıq. Reallıq göstərdi ki, ötən dövr ərzində milli və genetik yaddaşımız qorunub saxlanılıb, gənclərimiz vətənpərvər ruhda təlim-tərbiyə alıb. Şübhəsizdir ki, Azərbaycan gəncləri böyük Zəfərin qazanılmasında əsas söz sahibi oldu. Azərbaycan gəncləri öz vətəni uğrunda düşmən üstünə gedərkən üç şərəfli addan birini qazanıb geri qayıtmağı düşünürdü: Şəhid, Qazi, Qalib! Vətən müharibəsi zamanı Oğuz rayonundan da yüzlərlə gənc könüllü olaraq, Ali Baş Komandanın çağırışına səs verdi və Vətənin müdafiəsinə qalxdı. Təsadüfi deyil ki, Vətən müharibəsi zamanı Şəhid olan 26 Oğuz oğlunun 25-i gənclik yaşında idi. Və inanırıq ki, onlar hər biri əbədi olaraq, gənclik yaşında cənnətə qovuşublar. Allah bütün Şəhidlərimizə rəhmət eyləyə! Əlbəttə, o zaman, səfərbərliyə, ordu sıralarına cəlb olunmayan gənclərimiz də boş durmadı və arxa cəbhədə layiqincə təmsil olundular. Təkcə Oğuz rayonundan gənclərimizin təşəbbüs və təşkilatçılığı ilə Vətən müharibəsi başlamazdan əvvəl başlayan cəbhəyə maddi və mənəvi yardım aksiyaları, Vətən müharibəsi zamanı daha geniş vüsət aldı. Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının Gənclər Birliyinin gənc fəalları tərəfindən, ümumilikdə, istehkam qurğularının qurulması üçün 4 TIR təkər toplanılıb hərbi hissələrə çatdırıldı, oğuzluların ordumuza könüllü ianə etdiyi, təxminən 12 min manat dəyərində ərzaq, tibbi ləvazimat və digər zəruri vasitələr səngərlərdə əsgərlərimizə əlbəəl çatdırıldı.Ümumilikdə, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Gəncliyin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir və bu tədbirlərin vahid, məqsədyönlü, plan üzrə davam edəcəkdir. İnanırıq ki, Azərbaycan gəncliyinin uğurları bundan sonra da davam edəcək.Fikrimin sonunda, 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə, bütün tədbir iştirakçılarını təbrik edir və bütün Azərbaycan gəncliyinin dövlətimizin, müstəqil ölkəmizin inkişafı naminə fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Elşən Alcansoy,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər